Dünyaya Damğa Vurmuş Insanların Gündəlik Yuxu Saatları

0
7476
Dünyaya Damğa Vurmuş Insanların Gündəlik Yuxu Saatları

Yuxu bir insan üçün olmazsa olmazlardandır. Ancaq bunun müddətini istifadə etmə formamız bizi uğurlu və ya uğursuz edə bilir. Budur uğurlu insanların gündəlik yuxu saatları sizə təqdim edirik.

Dünyanın gözü qarşısında bir lider olmaq asan deyil. Çünki dövləti idarəetmə tərzinizdən tutmuş , nə yeyib, nə geydiyinizə qədər hər şey ortaya tökülür.
 
Beynəlxalq Yuxu Fondu, 18 ilə 64 yaş arasındakı insanların gün ərzində 7 saatdan 9 saata qədər yatmasının sağlam olduğunu bildirir. Liderlərin buna çox riayət etdiyi deyilə olmaz. Çünki keçmiş ABŞ Prezidenti Barak Obama 6 saat yatarkən, İtalyan siyasətçi Silvia Berluskoni iki və ya dörd saatlıq yuxuyla ayaqda qalır. Birləşmiş Krallıqda ən uzun müddət baş nazir olan və ölkənin yeganə qadın baş naziri Marqaret Tetçer isə 4 saat yuxuyla yatmağa üstünlük verir. İngiltərənin keçmiş baş naziri Uinston Çörçill də Tetçer kimi 4 saatlıq yuxuyla kifayətlənirmiş. Ancaq onun gün ərzində 90 dəqiqə qədər mürgülədiyi də irəli sürülür. Bu üsul, bəzən faydalı, bəzən isə təhlükəli görünür. Keçən il aparılan bir araşdırmada gün içərisindəki qısa yuxuların, heç yatmamış kimi bədənə mənfi təsir göstərdiyinin də altı cızılmışdı.
 
Xəbərdə liderlərlə yanaşı qabaqcıl olduqları işlərlə adından söz etdirən adların yuxu rejimləri də aşkara çıxarılmışdır. Bəşəriyyət tarixinin ən böyük yaradıcılarından biri sayılan Tomas Edisonun 4, ya da 5 saat yatdığı qeyd edilir. Telefonu icad edən Şotlandiya əsilli ABŞ-lı elm adamı Aleksandr Qrehem Bell, 4 ilə 6 arasında bir zaman kəsiyində vaxtını yuxuda xərclədi. Amerikalı ixtiraçı, elektrofizik mütəxəssisi Nikola Tesla gündə iki saat yatmaqla diqqətləri üzərinə çəkir. Dünyanın ən böyük proqram şirkəti Microsoftun qurucusu Bill Gates 7 saat, Amazonun qurucusu Cef Bezos 8 saat yatmağı üstün tuturmuş. İş adamı və ABŞ-ın yeni Prezidenti olan Donald Trump isə 3 və ya 4 saatlıq yuxuyla idarə edənlərdəndir.
 
Korrektə etdi: Hürü Mustafayeva

ŞƏRH YAZIN