Məqsədimizə Necə Çataq?

0
2591
Məqsədimizə Necə Çataq?

Hər birimizin çatmaq istədiyi bir məqsəd, bir pillə var. Bəs o məqsədə, o pilləyə necə çatmaq lazımdır? Diqqətlə oxuyun, oxuduğunuz hər bir cümləyə gün gələcək ehtiyacınız olacaq.

1.Özünə inam. Əgər sən bu postu oxuyursansa, tezliklə bunun gerçəkləşdiyini görəcəksən. Özünə inam hər şeyə başlamaq üçün bir açardır. Biznesə təkcə işini sevməklə başlaya bilməzsən, eyni zamanda, özünə inanmaq da lazımdır. Bu hansısa başlanğıc üçün irəliləyişdir. Bizim əksəriyyətimiz bunu yemək bişirmək, maşın sürmək, universitet dərslərini hazırlamaq kimi adi şeylərə aid edirik.  
 
2.Məqsədə çatmağın yolunu fikirləşmək. Əgər müəyyən bir məqsədə çatmaq üçün çalışırsansa, əvvəlcədən planlaşdırma vacibdir. Məqsədlərə nail olmaq üçün lazım olan hər bir addımı təsvir etmək vacibdir. Bu addımları təsvir elə və bir anlıq onları gözünün qarşısına gətir. Bu  həm planlaşdırmanın çox asan bir yoludur, həm də məqsədə çatmaq üçün heç nəyi unutmamağa kömək edir. Öz addımlarınızı düşündükcə siz məqsədə çatmaq üçün nələrə ehtiyacınız olduğunu görəcəksiniz. Vaxtı gələndə siz bu addımları edəcəksiniz, çox güman ki, “déjà vue”(artıq görüldü) deyəcəksiniz və bu bir vaxtlar təsvir etdiyiniz faktlardan gəlir. Mən hər gün yatmağa getməzdən əvvəl belə edirəm.  
 
3. Yatmazdan əvvəl addımlarınızı planlaşdırın. Bəli, yatmazdan əvvəl hər bir addımı düşünmək sizə təkcə məqsədə çatmaq üçün kömək etməyəcək, eyni zamanda, öz arzularınız haqqında düşünməyə vadar edəcək. Mən çox vaxt öz məqsədlərim və gündəlik həyatım haqqında fikirləşirəm, bu mənə nə edəcəyim haqqında təcrübə verir. Yatanda sizin beyninizin həqiqət və fantaziya arasındakı fərqi hiss etmədiyini bilirsinizmi?  
 
4. Çalış, mübarizə apar və pozitiv ol. Sizin məqsədləriniz çalışmadan, işləmədən gerçəkləşməyəcək.Öz məqsədinizə çatmazdan əvvəl çoxlu maneələrə qalib gəlməli olacaqsınız. Sizin əlehinizə olan insanlar həmişə olacaqdır. Siz  bütün maneələri aşmalısınız. Heç vaxt cəsarətsizlik eləməyin, problemləri həll edərkən həmişə pozitiv olun. Hətta uduzduqda belə cəsarətsizlik eləməyin. Heç kəs itirmədən nəyəsə nail olmayıb. Pozitiv olmağa çalışın.  
 
5. Əlaqələrinizdən istifadə edin və insanlarla danışın Məqsədləriniz haqqında insanlarla danışmaqdan və onlara necə nail olmağı planlaşdırdığınızı söyləməkdən çəkinməyin. Başqa insanların da baxışı çox əhəmiyyətlidir və bir neçə məsələyə kömək edə bilər. Kömək almaq təkcə ağıllı və cəld olmaq deyil, eyni zamanda, ailənə və dostlarına sizin öyrənmək və məqsədə nail olmaq istədiyinizi göstərir. Məqsədə çatmaq üçün vacib olan bir şeyi də vurğulamaq istəyirəm. Mən inanıram ki, hər şey mümkündür və hər kəs öz məqsədinə çata bilər. Bəzi məqsədlərə nail olmağın qeyri-mümkün olduğunu xatırlayın. Biz həyatda realist olmalıyıq, məncə 1 % insan bunu edir, lakin ümumi mənada bu vacibdir. 
 

ŞƏRH YAZIN