İstəməyin Sirri...

0
5562
İstəməyin Sirri...

Aşağıda Amerikalı fərdi inkişaf mütəxəssisi Anthony Robbins'in yazmış olduğu "qəti olaraq əldə etməyi təmin edəcək şəkildə istəmək" üsulunu tapacaqsınız. Bu üsul şəxsi inkişaf kariyeramın başlanğıcında dəfələrlə istifadə etdiyim və mütləq işə yaradığına inandığım bir modeldir.

İşinizi başqalarının etməsini gözləməyin. Söyləmək istədiyim şey, məntiqlə və kəskin şəkildə istəməyi öyrənmənizdir. Nəticəyə çatmağınızı təmin edəcək formada istəməyi öyrənin. Məntiqli və qəti istəmənin beş təməl prinsipi vardır:
 
1. Nə istədiyinizi bilin.
Nə istədiyinizi həm özünüzə, həm də bir başqasına düzgün ifadə etməlisiniz. Nə qədər yüksək, nə qədər uzaq, nə qədər çox? Nə zaman, harada, necə, kiminlə? İş həyatınızda bir kreditə ehtiyacınız varsa, necə tələb ediləcəyini bilsəniz, bu krediti taparsınız. "İstehsal xəttini genişləndirmək üçün bir az daha pula ehtiyacımız var, bizə bir az kredit verərsiniz?"- desəniz, krediti ala bilməzsiniz. Qəti olaraq nəyə ehtiyacınız olduğunu, nə üçün ehtiyacınız olduğunu və nə zaman ehtiyacınız olduğunu müəyyənləşdirməlisiniz. Onunla nə edə biləcəyinizi də göstərmək məcburiyyətindəsiniz. “Məqsəd tənzimləmə” seminarlarımda, seminara qatılanlar, “bir az pula ehtiyacım var” –  deyərək istəməkdədirlər. Mən də onlara bir neçə qəpik pul verirəm. Onlar istəyirlər və alırlar. Ağıllıca istəmədikləri üçün istədikləri qədərini ala bilmirlər.
 
2. Sizə kömək edə biləcək insanlardan istəyin.
Nə istədiyinizi bilmək kifayət etməz, eyni zamanda məlumat, sərmayə, həssaslıq, iş təcrübəsi kimi müəyyən qaynaqlara da sahib olan kəslərdən istəməlisiniz. Deyək ki, yoldaşınızla bir probleminiz var. Əlaqələriniz zəifləyib. Ürəyinizi boşaltmaq istəyirsiniz. Sizinki qədər zəif əlaqələrə sahib birindən kömək istəməyə qalxsanız bu adam sizə köməkçi ola bilərmi? Şübhəsiz ki, xeyr.
 
Kömək istəyəcək uyğun adamı tapmaq, bizi yenə nəyin nə işə yaradığını öyrənməyə diqqət etmə mövzusuna geri aparacaq. Daha yaxşı bir iş, daha yaxşı bir əlaqə, daha yaxşı bir investisiya proqramı, nə istəsəniz istəyin, bunlarla əlaqədar bəzi şeylərin başqaları tərəfindən hazırlanmış olduğuna diqqət edin. Buradakı əsl problem istədiklərimizi bacaran kəsləri tapmaq və onların nələri doğru etdiyini təyin edə bilməkdir. 
 
3. İstədiyiniz kimsə üçün bir fayda yaradın.
Sadəcə istəyib və bəzilərinin sizə bir şeylər verəcəyini gözləməyin. Əvvəl istədiyiniz kimsəyə necə köməkçi ola biləcəyinizi hesablayın. İşlə əlaqədar yaxşı bir fikriniz və bunu reallaşdıra bilmək üçün də pula ehtiyacınız varsa, bu pulu əldə etmənin bir yolu, sizə həm kömək edəcək, həm də sizdən (ediləcək işdən) faydalana biləcək adamı tapmaqdır. Ona fikrinizin həm sizə, həm özünə necə pul qazandıracağını göstərməlisiniz. Yaradacağınız faydanın hər zaman maddi şeylər olması lazım deyil. Yaratdığınız fayda bir hiss, bir həssaslıq, ya da bir yuxu ola bilər. Mənə gəlib 100 milyon manata ehtiyacım var desəniz, mən də yəqin ki, bir çox adamın pula ehtiyacı olduğunu deyərəm. Bu pula, insanların həyatında bir fərqlilik yaratmaq üçün ehtiyacınız olduğunu söyləsəniz, böyük ehtimalla sizi dinləməyə başlayaram. Siz mənə qəti olaraq digərlərinə və özünüzə necə faydalı ola biləcəyinizi göstərsəniz, mən də sizə kömək etməyin, mənə nə kimi faydalar təmin edəcəyini düşünərəm.
 
4. Qərarlı olun və inancla istəyin.
Müvəffəqiyyətsizliyin təməli qərarsız olmaqdır. Siz nə istədiyinizdən əmin deyilsinizsə, başqaları necə əmin olsun? Buna görə də, istəyərkən bir inanc içində olun. Ruhunuz və sözlərinizlə inancınızı göstərin. Nə istədiyinizdən əmin olduğunuzu göstərə bilsəniz, mütləq bacaracaqsınız və mütləq həm özünüz, həm də istədiyiniz kimsə üçün bir fayda yaradacaqsınız.
Bəzi şəxslər, bu dörd prinsipi də ən yaxşı şəkildə tətbiq edərlər, lakin yenə də istədiklərini əldə edə bilməzlər. Çünki onlar beşinci prinsipi tətbiq etməyiblər. İstədiklərini əldə edənə qədər istəməyiblər. Düzgün  istəmənin beşinci və ən əhəmiyyətli addımı budur.
 
5. İstədiyinizi əldə edənə qədər istəyin.
Bu eyni adamdan istəmək demək deyil. Eyni şəkildə istəyin demək də deyil. Əsl müvəffəqiyyət düsturu "Nə əldə etdiyinizi anlayana qədər duyğusal kəskinliyinizi və elastikliyinizi inkişaf etdirmək məcburiyyətindəsiniz" deməkdir. Bu səbəblə, istədiyiniz zaman, istədiyinizi əldə edənə qədər, özünüzü dəyişdirmək məcburiyyətindəsiniz. Müvəffəqiyyətli insanların həyatlarını araşdırdığınızda onların istəklərində çox israrlı olduqlarını, davamlı sınadıqlarını, davamlı dəyişdirdiklərini və tez ya da gec ehtiyaclarını aradan qaldıracaq birini tapdıqlarını görərsiniz. Düsturun ən çətin qismi isə qəti olaraq nə istədiyini təyin edə bilməkdir…
 

ŞƏRH YAZIN