İnkişaf Cəsarət tələb edər...

0
6202
İnkişaf Cəsarət tələb edər...

İnkişaf etmək istəyirsənsə qorxmamalısan. Qorxursansa əvvəl bu qorxunu yenməlisən. Qorxu və şəxsi inkişaf arasındakı əlaqəni izah edən bir yazı: 

İnsanlar sual verməməyi bir vərdiş halına gətirə bilirlər. Sual verməmək, kitab oxumamaq, yeni yerlər gəzib görməmək nə kimi nəticələr doğurur?
 
Bu yazımda da pedaqoq Yavuz Durmuş'un fikirlərindən söz etmək istəyirəm. Belə ki:
 
Seminar otağının ortasında kiçik bir sahə müəyyənləşdirir, birini qaldırır, qaldırdığı adamın adına "Ayşə" deyək. Ayşəyə bu sahənin içində qalmasını, gəzsə belə bu sahədən çölə çıxmamasını söyləyir. "Bu sahə sənin komfort sahəndir. Bu sahə içindəki hər kəsi, obyektləri, hadisələri tanıyırsan, deyiləcək sözü, ediləcək hərəkəti bilirsən. Bu sahədə içində hər şey nəzarətin altındadır." deyir. Adama bu sahə içində necə hiss etdiyini soruşur və ümumiyyətlə adam, çox yaxşı hiss etdiyini, rahat bir duyğu içində olduğunu söyləyir. 
 
"Bu sahə içində qaldığın müddətcə bilmədiyin, tanış olmayan bir şeylə qarşılaşmazsan, hər şey sənə tanışdır. Bu sahə içində maraqlandığın heç bir şey olmaz, çünki bildiyin şeylər haqqında soruşacağın sualın yoxdur."
 
"Həyatını belə rahat keçirmək istəyirsənmi?" deyə Ayşədən soruşur. Çox zaman, "bəli," cavabını alır. Seminara iştirak edənlərə dönüb, "Həyatınızı belə rahat keçirmək istəyirsiniz?" deyə soruşur. Böyük bir əksəriyyət "bəli" mənasında əl qaldırır.
"Bəli" mənasında əl qaldırmayan, məsələn "Zeynəb" adında birinə, "Siz nə üçün əl qaldırmadınız?" deyə soruşduqda Zeynəb, "Hər şeyin bilinən, tanış olduğu bu sahə bir müddət sonra məni sıxmağa başlayar, mən yeni simalar görmək, yeni şeylər eşitmək və yeni həyat istəyirəm." deyir.
 
Yavuz, rahatlıq sahəsində duran Ayşənin ətrafında ikinci bir sahə də yaradır və kəşf sahəsi olaraq təyin edilən bu sahədə Zeynəbin dayanmasını istəyir. "Zeynəb indi kəşf sahəsindədir. Yeni hadisələri, anlayışları, insanları kəşf edərkən özünü təhlükədə hiss etdiyi zaman, yorulduğu zaman, öz komfort zonasına getmək istəyə bilər." deyərək onu rahatlıq sahəsinə çəkir, beləcə Ayşə və Zeynəb eyni sahədə iştirak edir.
 
Yavuz danışmasına davam edir: "İndi Ayşə və Zeynəb eyni rahatlıq sahəsindədirlər, amma, Zeynəb istirahət və özünə olan etibarını yenilədikdən sonra yenidən kəşf sahəsinə çıxacaq. Yeni şeylərlə qarşılaşacaq və onların nə olduğunu anlamağa cəhd edəcək və bu yeni şeylərin necə istifadə edildiyini öyrənməyə çalışacaq. Bəzən müvəffəqiyyətli, bəzən də uğursuz olacaq. Müvəffəqiyyətli olduqca Zeynəbin rahatlıq sahəsi genişləməyə başlayacaq, çünki, o yeni şeylər artıq ona tanışdır və bunlar rahatlıq sahəsində yer almağa başlayacaq."
 
Yavuz bu nöqtədə, iştirakçılara bu sualı soruşur: "Ayşə və Zeynəb iyirmi il sonra necə bir sahədə olacaqlar, göstərmək istəyən varmı?" Çaş – baş qalan insanların üzlərini görürəm, qalxıb göstərsəmmi, yoxsa heç səsimi çıxarmasammı? Sonunda bəziləri çıxır, Ayşəni ilk rahatlıq sahəsində buraxır, amma Zeynəbin ətrafında geniş bir komfort sahəsi və yenə geniş bir kəşf sahəsi çəkir...
 
Mən seminarlarımda, kitablarımda inandığım təməl bir qanunu dilə gətirirəm: "İnsan fərqində olduğu qədər yaşayar!" O səbəblə Yavuzun bu yazısını çox mənalı hesab edirəm.
 
Ayşə, yetmiş yaşına qədər yaşaya bilər, amma həmişə komfort sahəsi içində yaşadığı üçün təcrübələri bəlkə on dörd yaşındakı bir yeniyetmənin təcrübəsinə bərabər olacaq və öldüyündə on dörd yaşındakı adamın fərqindəliyi ilə basdırılacaq.
Mənim, "14-ündə öldü, 70'ində basdırıldı." dediyim insanlardan biri olmuşdur Ayşə. Bunları yazarkən indi ağlıma bir çox suallar gəldi:
 
Ayşə və Zeynəbin şəxsi həyatları müqayisə edildikdə:
Necə bir uşaqlıq yaşamışlar, necə tərbiyə olunmuşlar?
Məktəbə gedərkən öyrədilən mövzulara necə baxmışlar?
Peşələrini necə seçmişlər?
Yoldaşlarını necə seçmişlər?
Evlilikləri necə olmuşdur?
Necə uşaq böyüdəcəklər?
 
Ayşə kimi insanların əksəriyyətinin olduğu bir cəmiyyətlə, Zeynəb kimilərdən ibarət bir cəmiyyət müqayisə olunarsa, bu iki toplum:
Ailənin təməllərindən nə anlayarlar?
Uşaq yetişdirməkdə hansı fərqli üsullardan istifadə edirlər?
Təhsil sistemlərində fərqlər necə meydana gəlir?
İş həyatı anlayışları bir – birindən necə fərqlənir?
Dövlət rəhbərliyi anlayışı necə fərqlənir?
 
Yuxarıdakılar məncə, valideynlərin, pedaqoqların, idarəçilərin üzərində düşünəcəyi əhəmiyyətli suallardır.
Yazımı bitirmədən əvvəl bir üçünü sahəyə, panik (çaxnaşma) sahəsinə diqqətinizi çəkmək istəyirəm. Yavuz Durmuş seminarlarda bundan da söz edir. Şəxs kəşf sahəsinin xaricinə çıxıb, heç bilmədiyi, özünü təhlükədə hiss etdiyi sahələrə getdiyi zaman dərhal təlaşlanır, qorxur, həyacanlanır, amma, ya kəşf sahəsinə ya da rahatlıq sahəsinə geri dönür.
 
Yavuz bu sualı soruşmur, amma mən burada dilə gətirmək istəyirəm: Hər hansı bir "şey"in - adam, hadisə, əlaqə, anlayış, dəyər, inancın rahatlıq, kəşf və ya çaxnaşma (panik zona) sahəsində olub olmadığına kim qərar verir?
Məncə, bu mövzuda qərar verəcək nüfuz sahibi adamın özüdür. "Acmışammı, yorğunammı, susadımmı, xoşbəxt olarammı?" mövzularında necə mən qərar verə bilirəmsə, bir "şey"in komfort, kəşf, yoxsa panik zonayamı girdiyinə də mən qərar vermə məcburiyyətindəyəm.
 
O səbəblə başqasının deyil, mənim qərar verməyim lazımdır!
O səbəblə başqasının deyil, mənim cəsur olmam lazımdır!
Və bütün bunları edə bilmək üçün də mənim "var olmam" lazımdır!
 

ŞƏRH YAZIN