Qayğılarınızın həyatınızı idarə etməsini əngəlləyin!

0
3645
Qayğılarınızın həyatınızı idarə etməsini əngəlləyin!

Narahatlıqlarınızın sizi yeyib bitirməsinə icazə verməkdənsə, daha yaxşı hiss etmək üçün səy göstərsəniz, stress deyilən ölümcül epidemiyadan qoruna bilərsiniz. Gündəlik həyatda irili xırdalı çətinliklərlə qarşılaşmaq normaldır və bəzən geri çəkilmək də. Mənfiliklərin günahını özünüzdə axtarmaqdan imtina edin. Kifayət qədər yaxşısınız, bunu xatırlamalı və hər nə olursa başınızı dik saxlamaq lazımdır.

Özünüzün fərqində olun: Düşüncə və istəklərinizin fərqində olmaq, stressə sürükləyən qar topu təsirini önləyə bilər. Əsərləri ilə ən çox satanlar siyahısına girən Doktor Riçard Karlson, insanın anlıq bir rəftara yönəlmədən əvvəl başından keçən düşüncələri yaxşı bilməsinin faydası olduğunu söyləyir. Bir dəfə stress qaynağını tapdıqdan sonra, onun üzərinə getməniz asanlaşacaq.
 
Baxış bucağınızı dəyişdirin: Bəzən insan hadisələrin içinə bütünlükdə daxil olur, bu zaman ən kiçik şeylər belə böyük problemlər kimi görünə bilər. Vəziyyətə müsbət tərəfdən baxmağı sınayın: birincisi hadisədən bir gəliriniz (faydanız) oldu və yeni bir şey öyrəndininiz, ikincisi bu sizi daha güclü etdi.
 
Özünüzü dinc bir yerdə təsəvvür edin: Yasəmən ağacları ilə əhatə olunmuş bir bağça və ya həzin musiqitək səslənən dəniz dalğası, hamımızın bizi dincliyə qovuşdura biləcək bir xəyal gücü var, bunu qiymətləndirin. Stressli hiss edirsinizsə, özünüzə fərdi cənnətinizi ziyarət etmək üçün icazə verin və sizi bədbəxt edən qayğılarınızı çöldə buraxın. Geri döndüyünüzdə yenə orada həllini gözləyir olacaqlar amma bu dəfə siz özünüzü daha güclü hiss edəcəksiniz.
 
Təsir müddətini düşünün: Bir anlaşılmazlıq səbəbindən pis hiss edirsinizsə, qaçırılan bir görüşünüz var, ya da görüşməniz olduğu günün səhəri avtomobiliniz işləmədisə, o an üçün dünya başınıza yıxılırmış kimi hiss etməyiniz təbiidir. Amma dərin bir nəfəs alıb, daha geniş aspektdən baxın və gələcəkdə bunun həyatınızda iz buraxıb buraxmayacağını düşünün. Təbii ki, mənfi ruh halına yenilib özünüzə zərər vermə həddinə qədər deyil! Sağlam olunduğu müddətcə kompensasiya edilə bilməyəcək çox az şey var həyatda.
 
Bir aromaterapiya duşu: Hamam bütün günün yorğunluğunu üzərindən atmağınıza kömək edərkən, aromalar da rahatlamağınıza, ruh halınızı yaxşılaşdırmağa və stressi uzaqlaşdırmağa kömək edəcək. Ən çox sakitləşdiricilərin lavanda və çobanyastığı olduğu söylənilsə də, favoriləriniz hər nə isə bir neçə damlasını vannaya damladın və uzanın... Duşu Spa'ya çevirin. 
 
Sağlam bir dəstək sistemi təmin edin: Dostlarla birlikdə keçirilən zaman xoşbəxt hiss etdirən və stressdən uzaqlaşdıran hormonlar ifraz etməyə səbəb olur. İnsanın qayğılarından uzaqlaşması üçün sevdiyi və tanıdığı insanlarla vaxt keçirməsindən daha gözəl nə ola bilər? Dostlarınızı axtarın, pikniyə dəvət edin və ya ürəyinizin arzuladığı hər hansı bir fəaliyyəti birlikdə reallaşdırın və ehtiyacınız olan sevgi bağlarını möhkəmləndirin. 
Qayğılarınızın həyatınızı idarə etməsinə icazə verməyin!
 

ŞƏRH YAZIN