İstəsək hər şeyi bacararıq

0
2482
İstəsək hər şeyi bacararıq

Bir gün bir adamın eşşəyi quyuya düşür.Çıxılmaz vəziyyətdə olan uzunqulaq bağıraraq kömək istəyir ,adam da nə edəcəyini düşünürmüş.Əlacsız qalan adam sonda bu fikrə gəlir ki , uzunqulaq onsuzda qocalıb ona faydası toxunmur ,quyudan da onu çıxartmaq alınmayacaq,quyununda suyu çoxdan quruyub yaxşısı budur ki,mən quyunu torpaqla üstünü örtüm.O,qonşularını köməyə çağırır və hamısı əlinə bir bel alır və quyuya torpaq atmağa başlayırlar.Əvvəl uzunqulaq nə olduğunu dərk edə bilmir və daha da bağırmağa başlayır.Sonra o,birdən sakitləşir və bu da hamıya təəccüblü gəlir.Adam əyilib quyuya baxır və gözlərinə inana bilmir.Uzunqulaq hər belinə tökülən torpağı silkələyir və belindən aşağı düşən torpaq ayağının altında qalırdı.O,torpağı tapdalamaqla yavaş yavaş yuxarı doğru qalxırdı.Adamın qonşuları torpağı atmaqda davam edirdilər.Uzunqulaq isə onu hər dəfəsində belindən silkələyib aşağı salır və bir addım da yuxarı qalxırdı.Sonda hər kəs eşşəyin quyudan çıxdığını görəndə təəccüb içində qalır.

 
Həyat sizi həmişə belə çətin vəziyyətlərdə qoya bilər.Heç vaxt  heç bir şeydən vaz keçməyin.Biz istəsək hər şeyi bacararıq.
 

ŞƏRH YAZIN