Xoşbəxtlik Bizim Əlimizdədir!

0
2260
Xoşbəxtlik Bizim Əlimizdədir!

Xoşbəxt olmaq istəyiriksə, bu problem deyil. Çünki xoşbəxtlik bizim əlimizdədir. İndi sizə təqdim edəcəyim üsullarla xoşbəxtliyin necə də asan qazanıldığının şahidi olacaqsınız. Öz dəyərinizi bilməyiniz kifayətdir. O zaman həyatınızdakı möcüzəvi anlar artacaq. Zehni və fiziki cəhətdən özünüzü hazırlayıb həyatınızı möcüzəyə çevirə bilərsiniz.

1. Bədəninizi rahatladacaq bir şeylər edin. İdman, masaj və.s 
 
2. Ruhunuzu oxşayan nələrsə edin: gözəl bir musiqi dinləyin, meditasiya və.s
 
3. Gözəl düşünün: “Bu gün özümü həm zehni, həm də fiziki cəhətdən sağlam hiss edirəm”
 
4. Yardıma ehtiyacı olan birinə kömək edin. 
 
5. Bu gün bir şey öyrənin: uzun müddətdir sevdiyiniz bir yeməyi hazırlayın. 
 
6. Əldə etmək istədiyiniz bir şeyin xəyalını qurun və onu əldə etmək üçün məqsədləriniz və addımlarınızı planlayın. 
 
7. Uzun müddətdir sevdiyinizi söyləmədiyiniz birinə “Səni sevirəm” deyib üzünüzdəki sevinci ona göstərin.
 
8. 20 dəqiqə də olsa, çox maraqlı və mütaliə zövqünüzü oxşayacaq bir kitab oxuyun. 
 
9. Bütün bunları etdikdən sonra özünüzü çox rahat hiss edəcəksiniz. Bunu isə mükafatlandırmaq lazımdır: şam işığında gözəl bir süfrə hazırlamaq, gözəl bir duş, bir dəstə çiçək və.s kimi şeylər sizə yüksək əhval-ruhiyyə verəcək. 
 
10. Bunları edə bilmə bacarığı və gücü olduğu üçün şükür edin. Möcəzəli gün keçirmək əlinizdədir.
 

ŞƏRH YAZIN