İki Seçim

0
8880
İki Seçim

Maykl hər zaman sevincli və gülərüz idi, həmişə çevrəsinə pozitiv şeylər söyləyərdi. Biri ondan bunun necə olduğunu soruşanda: “Bundan yaxşı ola bilməzdim” - deyə cavab verərdi. O, əsl motivator idi. Əgər kimsə cansıxıcı, gərgin gün keçiribsə Maykl, ona vəziyyətə pozitiv yöndən baxmasını söylərdi. 

Mayklın bu tərzi məni çox maraqlandırdı və bir gün gedib ondan soruşdum: “Başa düşmürəm. Hər zaman necə bu qədər pozitiv ola bilirsən? Bunu necə bacarırsan?”

Maykl cavab verdi: Hər səhər oyanarkən özümə deyirəm ki, bu gün iki seçimin var: ya pozitiv ya da neqativ əhvalda ola bilərsən., özün seç. Mən də pozitiv olmağı üstün tuturam. Pis bir şey olduqda, ya özümü qurban olaraq görə bilərəm, ya da bu hadisədən nəsə nəticə çıxarıb, dərs ala bilərəm.  Mən də öyrənməyi seçirəm. Nə vaxt ki, birisi mənə dərdini danışsa, onu sadəcə dinləyə, ya da həyatın müsbət tərəflərini göstərə bilərəm.  Mən də ikincini seçirəm. 
 
Etiraz etdim:  Yox, bu qədər sadə deyil. 
 
Bəli, bu qədər sadədir. Maykl davam etdi: həyat seçimlərdən ibarətdir. Lazımsız detalları bir kənara atsan hər vəziyyətin bir seçim olduğunu görərsən. Insanların düşüncə və davranışlarının sənin əhvalına təsirini özün seçərsən. Necə bir sevinc yaxud kədər yaşayacağını özün müəyyənləəşdirərsən. Həyatını necə yaşayacağın da sənin seçiminə bağlıdır. 
 
Mayklın dedikləri haqqında uzun – uzun düşündüm. Bir müddət sonra öz işimə başlamaq üçün iş yerindən ayrıldım. Bir – birimizlə əlaqəni itirdik, lakin həyat haqqında bir seçim edəcəyim anda tez – tez onu və həyata baxış tərzini düşündüm. Bir neçə il sonra, Mayklın ciddi bir qəza keçirdiyini eşitdim. 18 saatlıq bir əməliyyat sonrası, Maykl belinə yerləşdirilmiş dəmir çubuqlarla xəstəxanadan çıxarılmışdı. 
 
Qəzadan 6 ay sonra Mayklı gördüm. Özünü necə hiss etdiyini soruşduğumda, “daha yaxşı ola bilməzdim, yara izlərimi görmək istərdin mi?” - deyə zarafatla cavab verdi. Təklifini rədd etdim, amma qəza əsnasında beynindən nələr keçdiyini özündən soruşdum. 
 
O dedi:  ilk ağlıma gələn şey doğulacaq qızımın sağlamlığı oldu. Yerdə yatarkən iki seçimimin olduğunu düşündüm. Ya yaşayacaqdım, ya da öləcəkdim. Mən yaşamağa üstünlük verdim. 
 
Qorxmadın mı? - deyə soruşdum.
 
Maykl belə cavab verdi:  təcili yardım həkimləri mənə düzələcəyimi dedilər. Lakin xəstəxanaya gətiriləndə, həkimlərin və tibb bacılarının üzlərindəki ifadəni görərkən həqiqətən qorxdum.  Gözləri sanki, mənim öldüyümü deyirdi. O anda nəsə etməyimin vacibliyini anladım. Nə etdin? – deyə soruşdum. Maykl cavab verdi: bir tibb bacısı məndən tez – tez nəsə soruşurdu, həmçinin nəyəsə allergiyam olub – olmadığını soruşdu.  “Bəli, yer cazibəsinə qarşı allergiyam var” - deyə bağırdım, “mən yaşamağı seçirəm” -  dedim.  “Məni ölü biri kimi deyil, canlı birisi kimi əməliyyat edin!” 
 
Maykl həm həkimlərin bacarığı, həm də həyata inanılmaz pozitiv yanaşması sayəsində sağ qalmağı bacardı.  Hər gün həyatı doya – doya yaşamaq üçün iki seçim haqqqımızın olduğunu ondan öyrəndim.  Həyata  olan baxış tərzimiz yaşamımızın keyfiyyətini  müəyyənləşdirər! Buna görə də sabah üçün üzülməyin, onsuzda necə olacağını bilmirsiniz. Hər keçən günün özünə bəs edəcək qədər dərdi vardır. Qaldı ki, bu gün, dünən qayğılandığınız sabahdır....
 

ŞƏRH YAZIN