Özünüzə Güvənmək İstəyirsinizsə Mütləq Oxuyun

0
5572
Özünüzə Güvənmək İstəyirsinizsə Mütləq Oxuyun

1. Özünüzü başqaları ilə müqayisə etməyin

Özünüzü başqaları ilə müqayisə etməyi buraxın.Unutmayın ki , həmişə sizdən daha yaxşı olan insanlar tapılacaq.Çünki bu insan psixologiyasından irəli gələn bir şeydir. Heç kəs özündən geridə qalan biri ilə özünü müqayisə etməz. Özünüz olun.

 
2. Özünü tənqid etməkdən imtina edin!
Bəzi insanlar həmişə özünü nəyəsə görə günahlandırır. Bunun nəticəsində insan özünü mənfi bir şəxsiyyət kimi qavrayır.Çalışın ki, həmin fikirlərdən uzaq olasız. Ümumiyyətlə, bu haqda düşünməyin və mümkün qədər özünüzü az tənqid edin.
 
3.Bağışlamağı bacarın və unudun
Keçmiş səhvlər haqqında düşünərək, öz vaxt və enerjinizi boşa sərf etməyin. Bu artıq keçmişin bir hissəsidir. Belə fikirlər sizə irəli getməyə mane olur. Biz hamımız səhvə yol veririk, var gücümüzlə bundan yayınmağa çalışsaq da. Bu dünyada çox az şey bizim təsir dairəmizə düşür. Yaxşı olar ki, öz nailiyyətlərinizi daha çox düşünəsiniz.Keçmişi bağışlayın və üzünüzü gələcəyə çevirin.
 
4. Optimist, özünə inamlı insanlar ilə ünsiyyət qurun
Özünə inanan insan özünü sevir və öz sevincini ətrafına da yayır, bu onlar üçün dəstək rolunu oynayır. Çalışın ki, hədəfləri olan, optimist əhvallı insanlar ilə özünüzü əhatə edin. Öz ətrafına neqativ yayan insanlar gec-tez sizi də yoluxduracaqlar. Pessimistlik sizi və başladığınız hər şeyi məhv edir. Getdikcə siz də uğursuz birinə çevrilirsiniz.
 
5. Sevdiyiniz işə aludə olun
Nifrət etdiyin bir işlə məşğul olduqda, özünü xoşbəxt hiss etmək çətindir. Şəxsi ləyaqət hissi məğlub edilməzdi, əgər siz sevdiyiniz işlə məşğulsunuzsa, sizdə hər şey əla alınacaq, çünki siz bu işi görməyi sevirsiniz. Əgər işdən çıxmaq istəmirsinizsə, onda heç olmasa boş vaxtınızı sevimli işlərə sərf edin.
 
6. Özünüzə qarşı vəfalı olun
Öz həyatınızı yaşayın. Başqalarının həyatını yaşamaq, onların sizə sırıdığı ideallara aludə olmaqla, siz heç zaman özünüzə hörmət etməyəcəksiniz. Digərlərindən məsləhət və xeyir-dua gözləməyin, lazım bildiyinizi edin.
 
7. Özünə əminliklə və qəti danışın
Sözlər böyük gücə malikdir və insanın xarakterini müəyyən etməkdə vacib rol oynayır.Sözlərinizi havayı sərf etməyin, boşuna vəd verməyin, qəfil cavab verməyin, ilişib qalmayın. Sakit və təmkinlə danışın. İnsanlar sizə tamam fərqli yanaşmağa başlayacaq.
 
8. Uğurlarınızın siyahısını tutun
Calışın ki, bu siyahı mümkün qədər uzun olsun. Onu çox yaxşı görünən bir yerdə asın.
 
9. Müsbət keyfiyyətlərinizin siyahısını tutun.
Hər kəsin özünə görə  xüsusi bacarıq və qabiliyyətləri vardır.Onları bir siyahıya yazın və bu siyahıya tez-tez nəzər salın. Diqqətinizi müsbət tərəfləriniz üzərində cəmləşdirin.  
 
10. Zəif tərəflərinizdən öz xeyrinizə yararlanın.
Sizdə olan çatışmazlıqlar və zəif cəhətlərə görə özünüzü çox danlamayın. Bəzilərində vəziyyət sizdən daha betərdir. Təbii ki, zəif cəhətlərinizi qabartmaq və onlara sitayiş də etmək olmaz, lakin siz onları optimallaşdırmağa çalışsanız, onlardan daha rahat qurtula bilərsiniz. Məsələn inadkarlığı –məqsədyönlülüyə, tərsliyi–düzümlülüyə çevirmək olar.
 
11. Özünüzü yenidən kəşf etdirin
Bəzən sadəcə özünlə yenidən tanış olmaq lazım gəlir. Özünüzü sevin – təbəssümünüzü, xarakterinizi, fərqli və unikal olmağınızı sevin.
 
12. Əzab çəkməyi buraxın
Bəzən problem göründüyü qədər də çətin deyil. Sadəcə sizin fikirləriniz onu fəlakət həddinə gətirib çıxarır. Yeni tanışlarınızda yaxşı təəssürat yaratmadığınızı düşünüb, bütün gecəni özünüzə əzab verməyin axı nə mənası var, unudun getsin, heç vecinizə də almayın.Dincəlin, arada özünüzə “dur” deməyi bacarın.
 

ŞƏRH YAZIN