Həyatın Mənasını Dərk Etdirən Hekayə

0
3536
Həyatın Mənasını Dərk Etdirən Hekayə

Həyatın mənasını və edilməli olan bir şeyin vacibliyini və vaxtında edilməsini izah edən bu hekayə sizi bəhanələrdən xilas edəcək. 

Kiçik bir qəsəbənin dörd ayrı məhəlləsi var idi.
 
Birinci məhəllədə yaşayan bəli amma deyənlər nə edilməsi lazım olduğunu bildiklərini düşünürlərmiş. Etmə vaxtı gələndə isə bir bəhanə axtarmağa başlayarlardılar.Cavabları isə heç bir zaman düz olmurmuş.Günahı isə həmişə başqalarında axtarardılar.
 
İkinci məhəllədə isə nə edəcəklərini bilənlər yaşayırlarmış.Özlərini edəcəkləri şeyə hazırlayıb, amma edəcəkləri anda şanslarını itirdiklərinin fərqinə varardılar. Bu məhəllədəki insanların dizlərinə vurmaqdan dizləri yara içində olurmuş. Həyatı təxirə salmamaq üçün verdikləri qərarı belə təxirə salarmışlar.
 
Üçüncü məhəllədə yaşayan heyf ki  deyənlər, həyatı dərk etmə bacarıqları çox güclü imiş.Bu insanlar nəyin edilməsi lazım olduğunu həmişə ən məqsədə uyğun şəkildə bilərmişlər ancaq, hər şey olub bitdikdən sonra.Onların başları da həmişə nəyisə dərk edirmiş amma başlarını divarlara vurduqdan sonra!
 
Qəsəbənin ən yaşıllıq olan bölgəsində, ən gözəl evlərin olduğu məhəllədə isə yaxşı ki etdim deyənlər yaşayarmış.Heyf ki deyənlər bu məhəllədə gəzintiyə çıxarmış, ətrafa heyranlıqla baxarmışlar.Eləyəcəyəm deyənlər isə heyfki deyənlərlə birlikdə bu məhəllədə gəzintiyə çıxmaq istəyərlərmiş, ancaq heç cür imkan tapa bilmirlərmiş.Bəli amma deyənlər isə məhəllənin gözəlliyini görmək yerinə,hər zaman bir qüsur axtararlarmış,bir şeylərin olmadığından şikayət edərlərmiş.
 
Dördüncü məhəllədəki yaşayan yaxşı ki etdim deyən insanların qüsuru da,bəhanə yaratma kimi xüsusiyyətlərinin olmaması idi !
 

ŞƏRH YAZIN