Fikrini Cəmliyə Bilmiyənlər Mütləq Oxusun!

0
4830
Fikrini Cəmliyə Bilmiyənlər Mütləq Oxusun!

Ümumiyyətlə zaman və şərtlərdən başqa keçmişə nisbətən insanların fikrini cəmləmələrində çox ciddi dəyişikliklər olmuşdur. Texnologiyanın intensiv şəkildə həyatımıza inteqrasiya etməsi, şübhəsiz, insanı eyni anda birdən çox işi görmə meylinə itmişdir. Bu da sonda istiqamətlənə bilmə problemi kimi bir problemlə bizi qarşı-qarşıya qoyur.

Əslində hər insanda bir az da olsa bu problem var. Dediyim kimi indiki zamanda insanın diqqətinin dağılmaması, özünü yalnız bir şeyə cəmləyib xarici amillərin təsir etməməsi həqiqətən çox çətindir. Əhəmiyyətli olan cəmlənə bilmə problemini minimuma endirməkdir. Dərs çalışarkən, kitab oxuyarkən, bir iş edərkən, bir şeyi izləyərkən və araşdırma edərkən diqqətiniz dağılır və fikrinizi cəmləyə bilmir, istiqamətlənə bilmirsinizsə, o zaman sizdə cəmlənə bilməmə problemi deyilən xəstəlikdən var deməkdir.
 
Ciddi mənada bu sıxıntını yaşayan insanların həyatları xeyli çətin və problemli keçir. Amma əhəmiyyətli olan bu problemlə necə başa çıxacağımızı bilmək və öhdəsindən gəlməkdir. Bunun həlli üçün səbrli və sabit olmaq əsas qaydadır. Əsas diqqət cəmləmə probleminə qalib gəlmək üçün  bəzi üsullar belədir.
 
Planlı olmaq.
 
Hər nə iş olursa olsun, bir iş edərkən əvvəlcədən o işi necə edəcəyiniz haqqında plan çıxarmalısınız. Əmin olun ki, səhv avtobusa minmiş olsanız da bu üsullar sizi düz avtobusa istiqamətləndirmiş olacaqdır.
 
Nizamlı olmaq.
 
Bir işə niyyət etmisiniz və başlayırsınız. O zaman o işdən başqa, sizin diqqətinizi dağıdan nə varsa, onları yanınızdan və gözünüzün önündən qaldırın. (kompüter, telefon, televizor və s.)
 
Vaxt bölgüsü edin.
 
Etmək istədiyiniz işə başladıqdan sonra onu birdən-birə etmək əvəzinə vaxt bölgüsü edərək hissə-hissə edin. Bu şəkildə etməyiniz sizə sıxılmağa imkan verməz və işi yarımçıq qoymağınıza mane olar.
 
Sabit olun.
 
Əgər bir işə başlamısızsa, qısa müddətdə o işdən dərhal nəticə almağı gözləməyin. Belə bir gözlənti içinə girmək sizin işi yarımçıq buraxmağa və tərk etməyinizə səbəb ola bilər. Sabit olun və daha sürətli deyil daha yavaş addımlar atın.
 
Korrektə etdi: Hürü Mustafayeva

ŞƏRH YAZIN