Müvəffəqiyyət Və Xoşbəxtlik

0
2370
Müvəffəqiyyət Və Xoşbəxtlik

Hər birimiz olduğumuz yerdən, daim bizi zirvəyə doğru aparan  güclü bir cazibə hiss edirik.

Gözümüzü bəzən uzaqlara dikərək, özümüzü  orada qurduğumuz xəyalın, xoşbəxt olacağımız uğurun içində  görürük. Uğur zirvəsində zəfər bayrağını sancırıq. Bəzən çıxdığımız  zirvə daha yüksək zirvələri görməyimizə imkan yaradır və başqa bir dağın zirvəsini bəyənib oraya çıxmaq üçün yeni hədəflərə doğru irəliləyirik. Hədəflərimizə hər dəfə çatdıqda özünüzü xoşbəxt hiss edirik.
 
Əslində uğurla xoşbəxtlik bəzən iç-içə keçsədə, fərqli məfhumlardır. Bir çox insan uğurun mənasını xoşbəxtliklə qarışdırır. Bob Dilan demişdir: “İnsan səhər qalxıb axşam yatağına girərsə və arada da ürəyi istəyəni edərsə, deməli, uğur qazanmışdır”. “Ən böyük uğur xoşbəxt olmaqdır” kimi təriflər isə işləri daha da çox qarışdır. Çox vaxt  insanlar  uğuru  xoşbəxtlik axtarışlarının bir hissəsi kimi görürlər. Əslində uğur xoşbəxtlikdən daha çox şeyi əhatə edir. Xoşbəxtlik uğurun yanında olan bir şeydir, ancaq uğurun yeganə məqsədi deyil. Uğur həyatımızı reallaşdırma mexanizmidir. Uğurun içindəki “Mən” daha yüksəkdir.
 
Uğur və xoşbəxtlik anlamına nəzər yetirsək gün ərzində hər şey 4 qrupa aiddir.
 
1.Həm xoşbəxt edən, həm uğur gətirən işlər
 
2.Uğur gətirən, ancaq xoşbəxt etməyən işlər
 
3.Xoşbəxt edən, ancaq uğur gətirən işlər
 
4.Nə xoşbəxt etməyən, nə də uğur gətirməyən işlər
 

ŞƏRH YAZIN