Mənasız şeylərə görə kədərlənməməliyik!

0
3881
Mənasız şeylərə görə kədərlənməməliyik!

Həyat kədərlənməyə zaman itirməyəcək qədər gözəldir! Bunun dəyərini bilmək üçün xoşbəxt olmağa daha çox üstünlük verməli, mənasız şeylərə görə kədərlənməməliyik. Məsələn:

1.Birinin hər hansı bir yığıncığa sizinlə eyni paltarı geyərək gəlməsi

Bu vəziyyət  təəssüfləndirici ola bilər, lakin bunun əhval-ruhiyyənizi korlamağına verməyin.Çünki siz bu paltarı sizə yaraşdığı üçün seçmisiniz.

2.Biri mesajınıza dərhal cavab verməməsi
 
Bu, uğruna kədərlənməyə dəyməyəcək şeylərdən biridir. Unutmayın ki, insanların işləri var və bəzən bu işlər onların başqa şeyləri etməsinə əngəl törədə bilir. Bunu özünüzə dərd etməyin.
 
3.Kompüter oyununda uduzmaq
 
Oyunlarda məğlub olmaq həqiqətən də uğruna kədərlənməməniz lazım olan bir şeydir. Bunların yalnız oyun olduğunu unutmayın. İtirsəniz belə təkrar oynaya bilər və səhvlərinizi düzəldə bilərsiniz.
 
4.Çox sevdiyiniz bir serialın yayımının dayandırılması.
 
İzlədiyiniz serialın yayımı dayandırıldı və buna kədərlənmək düzgündürmü?Əlbəttə ki xeyr. Televiziya üçün ayırdığınız vaxtı daha vacib,daha səmərəli bir işə sərf edə bilərsiniz... 
 
5.Bir görüşmədən sonra sizi axtarmamaları
 
Əgər biri sizi görüşmədən sonra bir daha axtarmadısa demək ki itirən o olmuşdur. Özünüzə inanmağa davam edin və daha vacib şeylərə konsentrasiya olun.
 
6.Başqalarının gözü qarşısında yıxılmağınız
 
Belə bir şey sizi narahat etməməlidir. Hər kəs yerə yıxıla bilər və ya da bir yerə ilişə bilər. Belə bir hadisə yaşadığınızda gülün, keçin.
 
7.Köhnə sevgilinizlə bir qonaqlıqda qarşılaşmağınız
 
Belə bir şeyin sizi kədərləndirməyinə qəti şəkildə icazə vermə. Özünüzə güvənin, güclü və sərbəst biri olduğunuzu əylənməyə davam edərək ona nümayiş etdirin.
 
İnsan həyata bir dəfə gəlir və sonra həmişəlik çıxıb gedir. Ona görə bizə verilən bu şansı layiqincə dəyərləndirməliyik.
 

ŞƏRH YAZIN