Nailliyyət əldə etməyin qısa yolu...

0
5926
Nailliyyət əldə etməyin qısa yolu...

Müvəffəqiyyət qazanmaq ehtimalımızın artmasına təsir edən ən əsas amil öyrənməkdir. Bəzi hallarda çox qabiliyyətli şagird lazımi qədər çalışsa da gözlədiyi nəticəni əldə edə bilmir. Bu vəziyyət oxumaqdan yox, səmərəli dərs oxuma texnikasını bilməməkdən qaynaqlanır. Dərsi oxumaq və öyrənməyin ən başlıca şərti sözsüz ki, həvəsli və qərarlı olmaqdır. Bunlar oxuma və qavrama qabiliyyətimizə müsbət təsir edər. Buna görə də rejimimizə müvafiq dərs oxuma sistemi qurmalı və uyğun vərdişlər qazanmalıyıq.

Hər birimizin qavrama qabiliyyəti fərqli olduğundan, yaradacağımız sistemi özümüzə uyğun formalaşdırmalıyıq. Uğur qazana bilmək üçün mütləq hədəfə ehtiyacımız var. Müvəffəqiyyətli olmaq üçün ilk olaraq hədəf seçilməlidir. Vaxtdan qənaətlə istifadə olunmasının başlıca şərti dərs oxuma saatlarının nizamlı proqrama salınmasıdır. Məktəbdə keçilən saatlardan başqa əlavə saatlar da ayrılmalıdır. Əyləncə, gəzinti, dərs çalışma və istirahət vaxtlarını nizamlaya bilməyən şagird vaxtının çoxunu dostları ilə gəzib əylənməyə sərf edə bilər, bu da təbii olaraq akademik göstəricilərin aşağı düşməsinə səbəb olar.

Dərs oxuma vaxtını konkret dəqiqləşdirmək çox vacib məsələdir. Məsələn, hər gün saat 16-dan 19-dək nizamlı şəkildə dərs oxuyan şagird növbəti gün də həmin vaxt gələndə dərsini xatırlayacaqdır. Zamanla, bu adət halını aldıqdan sonra günün həmin saatı gəlib çatan kimi, dərs çalışma vərdişi özünü biruzə verməyə başlayacaqdır.
 

ŞƏRH YAZIN