Diqqəti bir mövzu üzərində necə toplayaq?

0
4377
Diqqəti bir mövzu üzərində necə toplayaq?

Diqqəti bir mövzu üzərində toplamaq vərdiş işidir. Kiçik yaşlardan etibarən, bununla bağlı vərdiş formalaşdırılmayan uşaqlardan, böyüdükləri zaman bir mövzu üzərində diqqətlərini toplamaları gözlənilə bilməz. Bundan başqa zehni bir problemi olan kəslərdə diqqətlərini bir mövzu üzərində yönəltmədə problemlər olur. Bununla bağlı ediləcək işlər aşağıdakılardır:

1- Müəyyən bir yerdə çalışmağa vərdiş edin.
2- Mümkün qədər gurultusuz yerdə çalışın, lakin bunu özünüzə vərdiş halına gətirməyin.
3- İş masası üzərində və otaqda diqqəti dağıdacaq şeyləri yığışdırın.
4- İş masasına oturduqda özünüzə bir hədəf seçin və o hədəfə çatana qədər masadan qalxmayın.
5- Masaya oturduqda yalnız özünüzə hədəf olaraq seçdiyiniz işi etməyə başlayın. Əlavə şeylərlə məşğul olmayın. 
 
Qısaca adamın çalışdığı yerdə, o yerin istilik, işıq, səs-küy və dizaynı və s. insanın bir hədəf təyin etməsinə təsir edə bilər. Lakin bütün bunların yanında, adam diqqətini o mövzu üzərində toplaya bilmirsə, o zaman mövzunu dəyişdirməsi ən yaxşı yol olacaq. Şəxsdə o mövzuya maraq yoxdursa özünü sanki sinifdə imiş kimi qəbul etməsi tövsiyə edilə bilər. Bu özünü tənzimləyərək diqqətini toplamasına yardım edər. 
 

ŞƏRH YAZIN