Özünü Tanı

0
15713
Özünü Tanı

Bu test Ingilis psixoloqu tərəfindən hazırlanıb. Testin köməyi ilə siz qısa müddətdə emosional vəziyyətinizi müəyyənləşdirə bilərsiniz.

Şəkildə özünüzü "tapın". Sizin indiki vəziyyətinizə şəkildəki hansı insanın vəziyyəti daha yaxındır?
 
Əgər siz 1, 3, 6 yaxud 7 nömrəli insanları seçdinizsə, bu o deməkdir ki, siz hər zaman öz məqsədinizin nə olduğunu bilirsiniz və heç bir maneədən, çətinlikdən qorxmadan bu məqsədə doğru irəliləyirsiniz.
 
Siz 2, 11, 12, 18, ya da 19-cu insanı seçmişsinizsə, deməli, siz çox ünsiyyətli, mehriban insansınız, yaxşı dostsunuz, dostlarınıza həmişə kömək etməyə hazırsınız.
 
4-cü insanı seçmisinizsə, bu onu ifadə edir ki, siz həyatdan nə istədiyinizi yaxşı bilirsiniz, uğur qazana bilmək üçün ən asan yolları seçməyə çalışırsınız, çətinlik çəkməyi  xoşlamırsınız.
 
5-ci insanı seçməyiniz onu göstərir ki, siz tez yorulur, zəif, halsız olur, depressiyalara düşür, küsür, inciyir, həyatda mübarizə etməyi bacarmırsınız.
 
Əgər siz 9-cunu  seçmisinizsə, siz şən birisiniz, müxtəlif əyləncələr sevən insansınız.
 
13-cü və 21-ci insanlar çox ünsiyyətdə olmağı xoşlamır, onları tez-tez daxili narahatçılıqları, özünə inamsızlıqları narahat edir.
 
8-ci şəkil - insan daha çox öz aləmində olur, fikirləşməyi, nəyisə götür – qoy edib düşünməyi xoşlayır.
 
10-cu və 15-ci insanları seçmisinizsə, siz həyata rahat şəkildə adaptasiya olursunuz, həyatınız sizi tam qane edir, siz komfortlu vəziyyətdəsiniz.
 
14-cü şəkil – bu insanlar daxili döhran yaşayır.
 
Əgər siz 20-ci insanı seçmisinizsə, siz hakimlik, idarəçilik etməyi xoşlayırsınız, sizdə lider xüsusiyyətləri var.
 
16-cı şəkildəki insan daim kimisə himayə edir, qoruyur  və artıq bundan yorulub.
 
17-ci insan isə kiminsə himayəsi altında olmağı xoşlayır.
 

ŞƏRH YAZIN