Fəsillərə görə xarakterimiz...

0
17386
Fəsillərə görə xarakterimiz...

Psixoloqların fikrincə, insanın xasiyyətinin bəzi cəhətlərini onun sevdiyi fəslə görə müəyyən etmək olar. 

Qış fəslini sevənlər
 
Soyuq ayları sevənlər lider olmağı xoşlayırlar. Adətən, belə adamlar qapalı olur və çox danışmağı sevmirlər. Lakin onlar digər fəsilləri sevənlərə nəzərən daha məqsədyönlü olurlar. Əksər hallarda qışı sevən insanlar məqsədlərinə çatır, işgüzarlığı sayəsində xeyli nailiyyətlər əldə etməyi bacarırıar. Belə ki, onlar həyatdan nə istədiklərini dəqiq bilirlər. Belə şəxslər çətinliklərin öhtəsindən asanlıqla gəlir, problemləri həll etmək gücünə malik olurlar. Bu adamlar səbirli və iradəlidirlər. Daim öz üzərində işləməyi sevirlər. Qışı sevənlər bu mövsümdə çox enerjili olurlar. Qışda, işguzar sahədə aktiv fəaliyyətləri nəzərə çarpır. Şəxsi münasibətlərə gəldikdə isə, belələri hisslərini büruzə verməyi sevmirlər. Buna baxmayaraq, onlar həyat yoldaşı seçiminə diqqətlə yanaşır və ailə qurduqda nümunəvi həyat yoldaşı olurlar. Gündəlik həyatda səliqəli məkan və rahatlıq onlar üçün çox vacibdir. Dost seçimində olduqca ehtiyatlı və sadiqdirlər. Dostları çox az olur. Bu tip insanlar dostu yoxlamağa meyllidirlər və hər adama sirlərini verməzlər. Qisas almasalar da, xəyanəti və yalanı bağışlamırlar. Onu da qeyd edim ki, xarici görünüşləri soyuq olsa da, həssas və küsəyəndilər. Elə görünür ki, sanki ətraf mühitlə öz aralarında bir divar hörüblər və o divar hər kəsə açılmaz. Bu cür insanları sadəcə olaraq kəşf etmək lazımdır...
 
Yaz fəslini sevənlər
 
Yaz fəslini sevənlər mülayim təbiətli olurlar. Belə adamların əksəriyyəti şənlənməyi sevmir. Onlar həyatı qiymətləndirir, xoşbəxt olmağı bacarırlar. Bəzən yaşanan hər kiçik ana görə sevinc və xoşbəxtlik hissi duya bilirlər. Nadir hallarda depressiyaya düşərlər. Hər an macəra axtarışındadırlar və həyatlarını nağıla bənzətmək istəyirlər. Ətrafdakılara belələri xoş gəlir. Çünki, onlarla ünsiyyət qurmaq çox asan və maraqlıdır. Yazı sevənlər arasında heç vaxt darıxmazsan. Yaz fəslinə meyli olanların xarakterində mənfi xüsusiyyətlər də özünü göstərir. Məsuliyyət hissini sevməyən bu adamların dostluğu uzunmüddətli olmur. Bir sözlə, uzunsürən və ciddi münasibətlər üçün yaranmayıblar. Onlar qarşı tərəfi tanıdıqdan sonra ona qarşı maraqlarını itirirlər. Cavabdehlikdən qaçmaqlarına baxmayaraq, öz yaxınlarına qarşı çox tələbkar olurlar.
 
Yay fəslini sevənlər
 
bir çoxları yay fəslini sevənlərə paxıllıq edir. Xüsusən də həyatda uğursuz adamlar onlara qarşı paxıllıq hissi ilə yanaşırlar. Belə ki, yayı sevənlər işgüzarlığı ilə fərqlənir və işlərində daim uğur qazanmağa çalışırlar. Onlar liderliyə can atmasalar da, rəhbərliyi yaxşı bacarırlar.
 
Payız fəslini sevənlər
 
Qapalı, lakin özünə əmin adamlar payız fəslini xoşlayır. Belə adamlar depressiyaya tez-tez düşür. Belə ki, payız fəsli buludlu səmasına görə, çoxlarını kədərləndirir. Bu adamların əhvalı dəyişkən olur. Onlar şən olduqları halda birdən asanlıqla qəmlənirlər. Bu fəsli sevənlər arasında tənhalığa üstünlük verənlər, sakitliyi xoşlayanlar çox olur. Nadir hallarda ünsiyyətə ehtiyac hiss edirlər. Yeni tanışlıqlara, yeni mühitə rahat adaptasiya ola bilirlər.
 

ŞƏRH YAZIN