İşini Qurmaq İstəyənləri Gözləyən Surprizlər

0
3120
İşini Qurmaq İstəyənləri Gözləyən Surprizlər

Demək olar ki, insanların hamısı "Öz biznesini qurmaq" və rahat işləmək arzusundadır. Kim özü-özünün müdiri olmaq istəmirki? Bu hal hərkəsə asan və rahat görsənir. Onda gəlin belə bir sual verək: Medalyonun arxa üzü necədir görəsən? Öz işinizi qurmaq mərhələsində "Çölü özgəsini, içi məni yandırar" atalar sözünü xatırladacaq vəziyyətlər baş verəcəkmi görəsən?

Bu məqalə öz işini qurmaq istəyənlərin bilməli olduqları şeyləri yumoristik və əyləncəli bir halda izah edir.

1.Planlarınız istədiyiniz kimi getməyəcək və gözləmədiyiniz sürprizlərlə qarşılaşacaqsınız.

2.Qarşınıza heç ağılınıza gəlməyən xərclər çıxacaq. Hesablarınız üst-üstə düşməyəcək. Əldə olan pulun nə tez tükəndiyini görəcəksiniz.

3.Işinizlə əlaqədar öyrənməniz lazım olan çox şey olduğunu anlayacaqsınız.

4.Hər axşam özünüzə "Görəsən nəyi səhv və ya yarımçıq edirəm?" deyə soruşacaqsınız və gecələr kabuslar görəcəksiniz.

5.Artıq hər bir şey düzəlir. dediyiniz zaman gözlənilməz zərbələr alacaqsınız.

6.Başqa biri üçün işləyərkən heç yorulmadığınızı anlayacaqsınız. Həqiqi yorğunluğun nə olduğunu başa düşəcəksiniz.

7.Nəzəriyyəylə təcrübənin eyni şey olmadığını öyrənəcəksiniz.

8.Bürokratiya deyilən canavarla məşğul olmaq məcburiyyətində qalacaqsınız.

9.Təşviq və imkanların deyildiyi kimi olmadığını görəcəksiniz.

10.Rahat olacağınızı düşünərək çıxdığınız bu səfərdə, rahatlığı ağılınıza gətirmək üçün vaxtınız olmayacaq.

11.Vergi, kirayə, elektrik, su, telefon deyə-deyə sabit xərclərin və gerçək vergi ödəmələri nə olduğunu anlayacaqsınız.

12.Mübarizə etməniz lazım olan çox sayda rəqibinizin olduğunu görəcəksiniz.

13.Rəqabətin nə dərəcədə kəskin və sərt olduğunu anlayacaqsınız.

14.Təcrübəsizliyinizin qəvəzini, yanıla-yanıla öyrənərək, ağır bir halda ödəyəcəksiniz.

15.Müdir olmağın asan və rahat olmadığını anlayacaqsınız.

16.Müvəffəqiyyət hekayələrinin yanında müvəffəqiyyətsizlik hekayələrinin də olduğunu görəcəksiniz.

17.Əhəmiyyətli olanın iş qurmaq olduğunu deyil, çətin vəziyyətlərə baxmayaraq motivasiyanızı itirmədən işinizə davam edə bilmək olduğunu öyrənəcəksiniz.

ŞƏRH YAZIN