Nlp Koçluğu Xidmətləri

0
1532
Nlp Koçluğu Xidmətləri

Fərdi Koçluq Seansları

 
Sağlamlığı yerində olan hər bir insan özünü, işində və ya şəxsi həyatında, içərisindən çıxmaqda çətinlik çəkdiyi narahat vəziyyətlərdə hiss edə bilər... Çox vaxt problemin həlli üçün əvvəlcə, bizi başa düşən (və ya haqq verən) dostlarımızla və ya digər bizə yaxın olan adamlarla dərdləşməyə üz tutarıq. Yaxınlarımızın, içində  olduğumuz vəziyyətə, bizimlə birlikdə kədərlənmələri və ya bizə haqq vermələri, hər nə qədər müvəqqəti rahatlanmağımıza kömək etsə də, demək olar ki, problemi qalıcı şəkildə həll etmir. 
 
 
NLP Koçluq seansları & Fərdi İnkişaf prossesi
 
NLP seansları, çarəsini axtardığınız problemləri, məhdud çərçivəli bir prinsip və ya metodologiyaya sıxışdırıb həll etmək məqsədi güdmür. Subyektiv reallığın elm və sənəti olan NLP, diqqəti sizin fərdiyyətinizə verir. Hər bir insan, özünə xas duyğu, təcrübə və dünyaya baxış prizması, eynisi və ya oxşarı olmayan, xüsusi bir fərd olaraq dəyərləndirilir. Buna görə də probleminə çarə axtaran kiməsə əzbər çarələr təqdim etməyin tərəfdarı deyilik. Öz sahəsində yüksək təhsil və təcrübəyə malik NLP Ustadı, Master Koç Babək Bayramov, insanın spesifik vəziyyətini analiz edib, onun fərdi yaradıcı resurslarından istifadə edərək, özü və ətrafı üçün ən münasib ekoloji çarəni, zaman itirmədən tapmasına kömək edir.
 
Modern İnsan Mühəndisliyi 
 
NLP, hər bir insanın, xoşbəxt və dolğun bir həyat yaşaması üçün bütün zəruri resursların öz içində olduğunu qəbul edir. Bizim vəzifəmiz, koçluq xidməti göstərdiyimiz şəxslərin, malik olduqları bu fərdi resurslara nail olmasını təmin etməkdir. Öz resurlarını hərəkətə keçirə bilən, onlardan istifadə etməyi bacaran insanlar, problemlərinin həlli yolunda ilk böyük addımı atmış olurlar. Qısa sürən, lakin effektiv dəyişim seansları sayəsində "Sürətli Dəyişim Metodu" olaraq tanınan NLP-də məqsəd koçluq prossesinin mümkün qədər qısa sürməsidir. Müştəri, öz problemi üçün ən münasib çarəni öz içində saxlayır. NLP Koçu bu çarəni NLP modeli və metodu ilə aşkar etmək üçün müştərilərin şüurunu və ya şüuraltını tətikləyən həll yönümlü zehni strategiyalar təqdim edir.
 
Fərdi NLP seansları, fərdi spesifik vəziyyətinizə xas yaşacağınız bir beyin fırtınası, öyrənmə və dəyişim prossesi olaraq ifadə oluna bilər. Fərdi seanslarda öyrənəcəyiniz zehni strategiyalarla, həyatınıza neqativ təsir düşüncə qəliblərini necə dəyişdirəciyinizi, neqativ duyğu və davranışlardan azad olmağı, münasibətlərinizi yenidən nizamlamağı və şəxsi həyatınıza yeni həfdəflər müəyyənləşdirib daha çox özünüz ola bilməyi öyrənə bilərsiniz.
 
Seanslar hansı məsələlərin həllində kömək edir:
 
Uğurlu bir həyat üçün etmək istədiyiniz dəyişikliklər istiqamətində şüuraltı əngəlləri ortadan qaldırır. Həyatınız boyunca formalaşdırdığınız və sizi məhdudlaşdıran, uğurlarınıza və xoşbəxtliyinizə mane olan mənfi davranışlar, zəiflədici inanclar kimi məhdudiyyət yaradan bütün proqramlar aradan qaldırır. Şüuraltından Sizi zəiflədən köhnə proqramlar təmizləndikcə, həyatınızda müsbət dəyişikliklər meydana gəlir. 
 
Çalışma mövzuları:
 
- Ailə Koçluğu,
- Münasibətlərdə, evliliklərdə münaqişələr,
- Münasibətin eşqə proqramlanması,
- Münasibətlərdə prossesin gələcəyinin planlanması,
- Partnyor analizi və seçilməsi,
- Sevgi bağının kəsilməsi,
- Neqativ romantik xatirələrin neytrallaşdırılması,
- Uğurlu karyera,
- İş həyatında maksimum potensialın ortaya çıxarılması,
- Hədəf çalışmaları,
- Sağlam və zövqlü həyat,
- Kasıblıq zehniyyətinin aradan qaldırılması,
- Uğursuzluq qorxusunun aradan qaldırılması,
- Biznes koçluğu,
- Münasibətlər koçluğu,
- İşgüzar və dostluq münasibətlərinin keyfiyyəti,
- Şagird-tələbə koçluğu,
- Öyrənmə çətinliklərinin aradan qaldırılması,
- Yaddaş texnikaları,
- Diqqəti gücləndirmə texnikaları,
- Öyrənmə strategiyasının yaxşılaşdırılması,
- Təhsil hədəfləri,
- Zamanın idarə olunması,
- Təhsil və öyrənmə istəyinin gücləndirilməsi,
- İmtahan həyəcanının aradan qaldırılması,
- Narahatlıqların aradan qaldırılması,
- Neqativ düşüncələrdən azad olmaq,
- Neqativ xatirələrdən azad olmaq,
- Beyin qarışıqlığı, fikir dağınıqlığından azad olmaq,
- Qorxu və fobiyaların aradan qaldırılması,
- İdmançı koçluğu,
- Uğurlu idmançıların modellənməsi,
- Psixoloji gücün bərpa edilməsi,
- Qələbə inancının gücləndirilməsi,
- Kənar psixoloji təsirə müqavimətin gücləndirilməsi,
- Satış koçluğu,
- Razısalma bacarıqlarının yüksəldilməsi,
- Məhsuldar əhvalın yaradılması strategiyaları,
- Satış aparatının təşkili,
- Satış motivasiyasının yaradılması,
- Reklam strategiyası və planlaması,
- Təqdimat bacarıqlarının yüksəldilməsi,
- Xitabət və natiqlik bacarığının yüksəldilməsi,
- İstənilən növ həyəcanın aradan qaldırılması
- Və s.
 
Əlaqə üçün:
 
(012) 409-25-82
(055) 342-30-43 (Whatsap)
(055) 334-45-92
 
Ünvan:
Bakı şəhəri : İçərişəhər,Güllə küçəsi 16 , AG CENTER
 
 

ŞƏRH YAZIN