Həyat Yoldaşınız İş Yoldaşınızdırsa...

0
2575
Həyat Yoldaşınız İş Yoldaşınızdırsa...

Elə ola bilər ki, həyat yoldaşınız iş yoldaşınız olsun. O zaman bu tövsiyyələrimiz sizin üçündür. 

Evə gəldiyiniz zaman işdə yaşadığınız bütün problemləri qapının arxasında qoyun. İşlərinizi özünüzlə birlikdə evə gətirməyin.
 
Günün sonunda təbii ki hər kəs kimi siz də yorğun olursunuz və sabaha hazırlamalı olduğunuz işlər var. Ancaq həyat yoldaşınızın həm də iş yoldaşınız olmağı sizə həm mənəvi rahatlıq verəcək, həm də sizə hər şəkildə dəstək olacaqdır. Çünki nəticədə eyni iş yerində çalışırsınız. Bu isə sizin üçün çox böyük avantajdır.
 
Davranış qaydası.
 
İş yerində daima sizi əsəbləşdirəcək və yaxud sizlə kobud davranan bir çox insan ola bilər. Onlardan biri də məhz həyat yoldaşınız ola bilər. O insanlara qarşı səbrinizi zorlaya bilərsiniz, ancaq söz mövzusu yoldaşınız olduğu zaman hər şey dəyişə bilər.
 
Gərginliyi evə daşımayın.
 
İşdə gərgin anlar yaşamış ola bilərsiniz, çətin bir gün keçirmiş ola bilərsiniz, ancaq hər nə olursa olsun evdə heç kimin əhval-ruhiyyəsini pozmayın. Yaddan çıxartmayın ki, o gərginliyi yoldaşınız da sizinlə birgə keçirdib. Evə gəldiyinizdə pis davransanız bu, yoldaşınızın da əhval - ruhiyyəsinə təsir edəcəkdir.
 
Bir-birinizə dəstək olun.
 
İş yeməyində olduğunuz zaman və yaxud iş yoldaşlarınızla söhbət etdiyinizdə həyat yoldaşınızın  uğurlarından söz açın, necə fəal çalışdığını qeyd edin. Bir-birinizə daim dəstək olun! Bu həm həyat yoldaşınızı sevindirəcəkdir, həm də başqalarının gözündə onu daha da ucaltmış olarsınız.
 
Geniş fikirləşin!
 
Həyat yoldaşınızla istəklərinizin üst-üstə düşmə ehtimalı böyükdür. Buna görə də arzulamaqdan və geniş fikirləşməkdən  çəkinməyin. Güclərinizi birləşdirərək həm uğurlu bir valideyn, həm də iş ortağı ola bilərsiniz.
 
Korrektə etdi: Hürü Mustafayeva

ŞƏRH YAZIN