Bir gün, bir cütçünün eşşəyi quyuya düşür. Adam nə edəcəyini düşünərkən, heyvan saatlarla qışqırır. Ən sonunda cütçü, heyvanın yaşlı olduğunu və quyunun da onsuz da bağlanması lazım olduğunu düşünür və eşşəyi çıxartmağa dəyməyəcəyinə qərar verir. Bütün qonşularını köməyə çağırır. Hər biri bir kürək alaraq quyuya torpaq atmağa başlayırlar. Eşşək nə olduğunu fərq edincə, əvvəl daha betər qışqırmağa başlayır. Sonra, səsini kəsər. Bir neçə kürək torpaq daha atdıqdan sonra, cütçü quyuya baxar. Gözlərinə inana bilməz. Eşşək, üzərinə düşən hər kürək torpaqla müdhiş bir şey etməkdə, torpağı aşağıya silkələyərək yuxarı çıxmasına pillə hazırlamaqdadır.Bir müddət sonra, qonşular torpaq atmağa davam edincə, hər kəsin təəccüblü baxışları önündə eşşək, quyunun kənarından çölə bir addım atıb, qaçaraq uzaqlaşar!
Həyat hər cür çətinlik ilə üzərimizə həmişə torpaq atacaq. Quyudan çıxmanın sirri, bu çətinliyi silkələyib bir addım yüksəlməkdir. Sıxıntılarımızın hər biri bir addımdır. Ən dərin quyulardan belə qorxmayaraq, usanmayaraq çıxa bilərik. Silkələyin və bir az daha yuxarı çıxın..!