İşdə Qarşılaşdığımız Əngəllər

0
2039
İşdə Qarşılaşdığımız Əngəllər

Bir çoxumuzun demək olar ki, daha çox zamanı iş yerində keçir. Buna görə də işdəki çevrən ilə düzgün ünsiyyətdə olmalı, işinə məsuliyyətlə yanaşmalı, daima aktiv olmalısan. Elə insanlar var ki, girdiyi iş mühitində insanlarla ünsiyyətdə problemlər yaşayır. Belə insanların əksəriyyəti özünə qapalı, ümumiyyətlə real həyatda da insanlarla ünsiyyət yaratmaqdan qaçan insanlardır.

Hər kəsin ilk iş günündən fərqli gözləntiləri olur və bilirik ki, o gün xüsusilə hər kəsin yaddaşında fərqli izlər qoyur. Kimisi üçün müsbət, kimisi üçün mənfi. Mənfi iz qoyanlar, ilk iş günündə sıxılan, ünsiyyətdə çətinlik çəkən insanlardır. Onlara özlərini rahat hiss etmələri üçün  imkan yaratmaq lazımdır. Ona görə ki, sıxılan adam işdə özünü göstərə bilmir. Ümumiyyətlə bəzən nə qədər çalışsan da insanlarla fikriniz üst-üstə düşməyə  bilər. Amma bu sizə təbii ki mübahisə etmək üçün şərait yaratmasın. Hər nə olursa-olsun soyuqqanlılığınızı qoruyub saxlamağa çalışın.

Elə insanlar var ki, iş kollektivinə heç cür daxil ola bilmirlər. Bu həm kollektivdən asılıdı, həm də insanın özündən. Əgər problem sizdədisə, çalışın ki, bu problemi aradan qaldırasınız. Bu ya utancaqlıqdan irəli gəlir, ya da ki özünüzdən çox razı olmağınızdan və kollektivdə belə insanları qəbul etmirlər. Yox, əgər problem sizdə deyilsə, özünüzü yormağa dəyməz. Əksinə olaraq elə kollektivdən uzaqlaşın. Onlar sizdən istifadə də edə bilərlər.
 
İş binasında təmizliyə də diqqət göstərməliyik. Səliqənin olmaması bəzən işçilər arasında münasibətlərin pozulmasına da gətirib çıxara bilir. Təbii ki elə kollketiv olur ki, belə şeyləri görməzdən gəlməyi bacarır və yaxud da özləri də kömək edir. Ancaq hər kollektiv belə deyil. Buna görə razılığa gəlmək lazımdır ki, hər kəs öz masasında düzəliş etsin və beləliklə heç bir problem yaşanmaz.
 
İşlə bağlı heç bir problem olmasa da bəzən elə məqamlar var ki, bizim əhval-ruhiyyəmizi korlaya bilir. Məsələn, iş yoldaşlarımızın davranışları, işlətdikləri bəzi ifadələr bizi qıcıqlandıra bilir. Ancaq belə halda heç bir zaman çalışın ki, mübahisəyə girməyəsiniz. Çünki bu həm sizi hər kəsində gözündən düşürə bilər, həm də işdən uzaqlaşdıırılmağınıza səbəb ola bilər. Bu səbəbdən də çalışın ki, emosiyalarınıza nəzarət edəsiniz.
 
Səmərəli işin alınmağı üçün diqqətinizi cəmləmək üçün sakit mühitin olması önəmlidir. Lakin bu heç də rahatlıqla mümkün olan bir şey deyil. Telefon zəngləri, söz-söhbətlər bunlar həm diqqəti yayındırır, həm də yorğunluğa, halsızlığa, əsəbiliyə gətirib çıxarır. Lakin işin keyfiyyətli olması üçün sakitlik lazımdır. Sakitliyin isə mümkün olmadığı vaxtlarda və ya sizi əsəbləşdirən söhbətlər zamanı qulaqcıqlar vasitəsilə həzin, sakitləşdirici musiqiyə qulaq asmaq kömək edir. Bu, sizi ümumi söhbətdən uzaqlaşdıra, sakitləşdirə və fikrinizi cəmləməyə kömək edə bilər.
 
Korrektə etdi: Hürü Mustafayeva

ŞƏRH YAZIN