Xoşbəxt Olmaq Yolunda...

0
8133
Xoşbəxt Olmaq Yolunda...

Sizə xoşbəxt olmaq yolunda psixoloq məsləhətini təqdim edirik:

1. Çalışın ki dostlarınızın yanında özünüzə olan hörməti artırasız.
 
2.Kiçik də olsa tez-tez əldə etdiyiniz uğurlarınızı yadınıza salın.
 
3.Tez-tez öz-özünüzə sizin o qədər də pis vəziyyətdə olmadığınızı söyləyin. Düşünün ki, dünyada sizdən də pis yaşayanlar var.
 
4.Yuxunuz gəlmədən  çalışın ki, yatağa girməyəsiz. Səhər-səhər yerinizdən qalxmazdan əvvəl yaxşı olar ki, yerinizdə o tərəf bu tərəfə dönəsiz.
 
5. İstirahətin növündən asılı olmayaraq boş vaxtınız olan kimi istirahət etməyə çalışın.Çalışın istirahətiniz maraqlı keçsin.
 
6. Tez-tez vanna qəbul edin.
 
7. Yatmazdan əvvəl balla süd içməyə çalışın.
 
8. Otağınızda müxtəlif rəngli şəkillər və təqvimlər asmağa çalışın.
 
9. Çalışın açıq rəngli paltarlar geyinəsiz.
 
10. Əgər imkan varsa evdə it və ya pişik saxlayın.
 
11. Yaxşı olar ki, hər axşam musiqi dinləyəsiz.
 
12. Əgər gün ərzində hansısa xoşagəlməz hadisə ilə qarşılaşmısınızsa, onu unutmağa çalışın.
 
13. Sizin xətrinizə dəyiblərsə, ağlamağa çalışın. Psixoloji tədqiqatlar göstərir ki, kişilərin 73, qadınların isə 85 faizi ağlamaqla yüngülləşə bilər.
 
14. Ən sonda isə ümumi bir resepti unutmayın: Gün ərzində 30 dəfə "Mən xoşbəxtəm" deyən insan hətta ən pis şəraitdə olsa belə özünü xoşbəxt hesab edir.
 

ŞƏRH YAZIN