Həyatın vacib prinsipləri

0
3730
Həyatın vacib prinsipləri

Taleyinizdən şikayətlənməyin. Sakitcə qalxın və nə etmək vacibdirsə onları həyata keçirin. 

Səyahət edin! İldə iki dəfə heç vaxt olmadığınız yerlərə səyahət edin. Səyahət özünüzü tapmağa kömək edəcək. 
 
Özünüzə səhvlər etmək şansı verin. Nəyisə əldən verdikdə bundan dərs çıxarmağa çalışın. Səhv – inkişaf etmək üçün əla imkandır.
 
Ümidsizliyə qapılmayın.
 
Dünya böyükdür – mütləq elə bir insan vardır ki, sizin baxışınızı və təbəssümünüzü gördükdə xoşbəxt olur.
 
Planlaşdırdığınız bir şey alınmasa belə gülümsəyin. Yadda saxlayın, bəzən arzuladığınız bir şeyin alınmaması elə bəxtinizin gətirməsidir.
 
Düşünün. Qərar verməmişdən öncə qərarın dəyərini qiymətləndirin.
 
Müstəqil və sahib olduqlarınızdan kifayətlənən olun. Xoşbəxtliyiniz digər insanların düşündüyü və davrandıqlarından deyil, yalnızca özünüzdən asılıdır.
 
Özünüzə və digərlərinə hörmət edin. İnsan hər şeyi özü seçir. Sizə aid olmayan işlərə qarışmayın. Öz fikir və sözlərinizlə başqalarının həyatına təsir etməyə çalışmayın.
 
Əhvalınızdan və havadan asılı olmayaraq hər gün təmiz hava qəbul edin.
 
İstedadınızı inkişaf etdirin. Yadda saxlayın ki siz bunlara sahibsiniz! Sadəcə gözlərinizi açın.
 
Sözlərinizə və davranışlarınıza görə məsuliyyət daşıyın. Sözləriniz böyük gücə malikdir.
 
Keçmişin artıq keçdiyi faktını qəbul edin. O artıq yoxdur! Təcrübə əldə edin və irəliyə doğru gedin!
 
Qorxularınıza qalib gəlin. Qorxu – bu sadəcə illüziyadır.
 
Heç vaxt təslim olmayın! Əzmkarlıq və səbr heç vaxt mükafatsız qalmır.
 

ŞƏRH YAZIN