Dəyərini İtirməmək

0
2301
Dəyərini İtirməmək

Həyat enişləri və yoxuşları ilə doludur.Ümidini və inancını itirmək ən asana qaçmaq deməkdir.Bu kiçik hekayə sizə başa salacaq ki,hər nə olursa olsun ,siz həmişə bir şəxsiyyət olaraq dəyərlisiz.
 
Tanınmış bir natiq əlində 20 dollarla seminarına başlayır.200 nəfər olan bir zalda o hamıdan soruşur:”Kim bu dolları istəyir?”Hər kəs əlini qaldırmağa başlayır.O dedi:”Mən bunu sizə verəcəm,amma ilk öncə qoyun bunu edim”.O 20 dolları əlində əzməyə başlayır.”Sizlərdən hansınız indi bu pulu istəyir” deyə sual verir.Yenə hamı əlini qaldırır.”Yaxşı” dedi “Bəs belə etsəm necə olar?”
 
O bu dəfə  pulu ayyaqabısı ilə əzir.O pulu yerdən götürür.Pul tamami ilə əzilmiş və çirklənmiş vəziyyətdə olur.
 
“Hələ də bu pulu istəyən var?”deyə soruşur.Əllər yenə də havaya qalxır.
 
“Dostlar,mən bu pula nə edimsə edim,siz yenə də onu istəyirsəniz.Çünki o bununla özünün dəyərini itirmir.Yenə də 20 dollar  olaraq qalır.
 
Həyatımızda çox vaxt biz verdiyimiz qərarlar nəticəsində yıxılırıq,əzilirik və bitkin oluruq.Ancaq nə baş verirsə versin , yenə də öz dəyərimizi itirmirik.Hər biriniz özünüzəməxsus bir fərdsiz .Bunu heç zaman unutmayın!
 

ŞƏRH YAZIN