Hər Zaman Gülümsəyin..

0
2266
Hər Zaman Gülümsəyin..

İlk öncə bunu qeyd etməliyəm ki, gülüş bizim həyatımızda ən önəmli faktorlardan biridir. Hər zaman gülək ki, zehnimizi məşğul edən mənfi fikirlərdən, düşüncələrdən uzaqlaşaq. Nə zaman gülüşünüzə kimin aşiq olacağını təxmin belə edə bilməzsəniz. Elə deyil mi məgər? Əslində hər şey bir gülümsəmə ilə başlayır. Sevgi də həmçinin.

Harada və ya hansı vəziyyətdə olmanızdan asılı olmayaraq ətrafınıza gülüş çöhrələri dağıtmağa davam edin. Ən məyus olduğunuz anda belə gülümsəməyi yadınızdan çıxartmayın. Qoyun hər zaman nəyə güldüyünüzlə maraqlansınlar.
 
Gülümsəmək bir ehtiyacdır. Hər zaman, ən çarəsiz qaldığınız anlarda belə gülümsəmə üzünüzdən əksik olmasın. Bunun sizə necə yaxşı təsir etdiyini özünüz də görəcəksiniz. Misal üçün bir insanla mübahisə edirsiniz və bir anda ani bir gülümsəmə hər şeyi dəyişə bilir. Həm özünüz xoşbəxt hiss edərsiniz, həm də qarşınızdakı insan. Bununla da qarşı tərəflə aranızdakı bütün soyuq buzlar əriyib getmiş olur. Gülümsəmək xoşbəxtlik yaradır. Bunu çəkdiyimiz misaldan da anlamış oldunuz yəqin ki.
 
Unutmayın ki, insan əgər özünə gülümsəməyi bacarmırsa, kimsəylə birlikdə bunu edə bilməz. Hər zaman içinizdəki o balaca uşağı qoruyub saxlayın. Pozitivliyinizi itirməyin. Çünki gülümsəmək də pozitivliyin bir parçasıdır. Hər zaman həyata, insanlara, təbiətə bir sözlə hər şeyə gülümsəyin. Ən çətin anlarınızda belə gülüşü çöhrənizdən əksik etməyin.
 
Korrektə etdi: Hürü Mustafayeva

ŞƏRH YAZIN