Həqiqətən Sevdiyinizi Nece Başa Düşərsiniz?

0
2169
Həqiqətən Sevdiyinizi Nece Başa Düşərsiniz?

Çox zaman əsl sevgini tapmaq çətindir. Tapdığının əsl sevgin olub-olmadığını bilmək isə daha çətindir. Sizə təqdim edəcəyimiz əsl sevginin 15 əlamətini həm özünüzdə, həm yarınızda axtarmağa çalışın. Aşağıda yazılanlar düz gəlirsə, demək ki, həqiqətən də  sevirsiz!

1. Əvvəllər heç kimə bağışlamadığın səhvləri ona güzəştə gedirsən.
 
2. O nə geyinirsə geyinsin, gözünüzə gözəl görünür. Geyiminin ucuzluğuna-bahalığına fikir vermirsiz.
 
3. Onu görən kimi ürəyindən qəribə gizilti keçir və ayaqların yerində donur.
 
4. Onun yanında kimisə görəndə, fərqi yoxdur yaşlıdır, cavandır, qəşəngdir, eybəcərdir, qohumdur, yaddır, dərhal ürəyindən keçir: "Əlbəttə, onun kimisə var".
 
5. Onunla danışandan sonra nə qədər baş sındırsan da nə cavab verdiyini, hansı sözləri işlətdiyini yadına sala bilmirsən.
 
6. Onun hansı bürcdən və ildən olduğunu öyrənib, bütün qoroskoplara baxırsan.
 
7. Onunla tanışlıqdan sonra jurnallarda oğlan–qız münasibətlərinə aid yazılar axtarırsan. "Nə dərəcədə cazibədarsan?", "Oğlanların (və ya qızların) xoşuna hansı qızlar gəlir?" testlərinə baxırsan.
 
8. Onunla bağlı taleyini öyrənmək üçün falçı axtarışına çıxırsan, kartla, kofe ilə fala baxmağa maraq göstərirsən.
 
9. Sənin xoşuna gəlir: o, necə yeyir, necə gülür, saçlarını düzəldir.
 
10. Tez-tez ona toxunmaq istəyirsən.
 
11. Sən qorxursan: kimsə onu əlindən alar.
 
12. Düşünürsən: onun anası mənim anamdan yaxşıdır.
 
13. Onun nə yemək xoşladığını bilib, onu bişirməyi öyrənirsən.
 
14. Sən telefonundakı oğlan (və ya qız) adlarını pozursan.
 
15. Sən nəinki onun özünün, hətta onun anasının, atasınınn, bacı-qardaşlarının da ad gününü bilirsən.
 
Korrektə etdi: Hürü Mustafayeva

ŞƏRH YAZIN