Düzgün Dostluq Qurmağa Çalışın...

0
3646
Düzgün Dostluq Qurmağa Çalışın...

Dostluq həyatın ən gözəl anlamıdır. Onu qorumaq üçün sidq ürəkdən çalışmaq lazımdır. Bunun üçün ən birinci dostlarınızla yaxşı münasibət qurmağa çalışın.

Ehtiyac həmişə yaxşı dostlara düşməz, elə vaxt gələ bilər ki, pis dostlara da adamın işi düşə bilər. Hərçənd yaxşıların yanına getmək pislərin yanında hörmətini azaltdığı kimi, pislərin yanına getmək də yaxşıların yanında hörmətini azaldar.
 
Dostlarınızın çoxluğuna ümid edib arxayınlaşmayın…Min dostunuz olsa belə, heç kəs sizə özünüzdən artıq dost ola bilməz.Düşməninizi düşmən hesab etməyəni dost bilməyin, elə adam tanış adlanar, dost sayılmaz.
 
Kinli adamlarla dostluq etməyin, kinli adamın ürəyi həmişə kinlə dolu olar.Yalnız yaxşı insanlarla dostluq edin.Tək olmaq isə pislə oturmaqdan yaxşıdır.
 
Dostluq fədakarlıq deməkdir. Özünə  belə  etiraf  edə  bilmədiyin  sirrini, yaşadığın hər  anı  bilən,sənə mənəvi  dayaq olan, kədərli anında belə  üzünü bir anlığa da olsa güldürə biləndir dost. 
 
Həyatda  hər kəsə  güvən olmaz.Dost  elə bir  şeydir ki, ona gözü  bağlı güvənməlisən.Ancaq bunun üçün zaman da çox vacibdir.
 
Bəzən dostluqlar  adi  bir  səbəbdən bitə  bilir. Bəzən  qürurdan, bəzən də iki tərəfdən birinin tək  bir  kəlmə sözündən. Ancaq unutmayaq ki,nöqsansız dost axtaran dostsuz qalar.
 
Həyatda bəzi  anlar  vardır ki, o anlarda dost və düşmənini tanıya  bilirsən.Dost  dar  gündə  tanınar deyiblər.Bəli insanın dar günündə çox az adam yanında olur.Bəlkə də elə çox insan dar gündə tanınır.
 
Dost sarğı kimidir. Yapışdırarkən yaranı sarar amma çıxararkən canını yandırıb yaxar…
 

ŞƏRH YAZIN