Sizi Gücləndirəcək 7 Məsləhət

0
4877
Sizi Gücləndirəcək 7 Məsləhət

1. Bir vəziyyət qarşısında, vəziyyətdən çox sizin verdiyiniz reaksiyalar əhəmiyyətlidir. Bu səbəblə, hadisələrin axarı və ya istiqamətindən çox, sizin davranışınız və mövqeyiniz əhəmiyyət daşıyır. Mənfi hadisələrə, soyuqqanlı və sakit baxmağı bacarmalısınız.

2. Səndən başqa heç kəs sənin yaralarını səndən daha asan sağalda bilməz. Həyat boyu vaxtaşırı zərbələr alır, insanlardan və ya ictimai hadisələrdən mənfi təsirlənirik. Bu tip vəziyyətlərdə siz həqiqətən istəməsəz, heç kim sizə kömək edə bilməz. Sizə ən yaxşı köməyi yenə siz edə bilərsiniz.
 
3. Başa düşmədiyiniz bir vəziyyətlə mübarizə apara bilməzsiniz. İlk əvvəl anlamağa və mənalandırmağa çalışın. Bir hadisə və ya vəziyyətə qarşı, anlamadan verəcəyiniz reaksiyalar sizin ünvanınıza mənfi nəticələr doğura bilər. Doğru müdaxilə və reaksiyalar inkişaf etdirmək üçün, əvvəl vəziyyəti tam olaraq dərk edin.
 
4. Bir şeyə nəzarət etmək, onu necə etməyinlə bağlıdır. Və bir şey, hər şeyi dəyişə bilər. Hadisələr bəzən bizim istədiyimizin əksinə inkişaf etsə və nəzarətimiz xaricində baş tutsa belə, sizin bunlarla mübarizə aparmağınız mövqeyinizlə bağlıdır. Görəcəyiniz çox kiçik bir həmlə ilə hər şeyin axınını dəyişdirə bilərsiniz.
 
5. Hər güclü ruh, fırtınadan sağ çıxmasını yaxşı bilir. Fırtınanın sizi sovurub, darmadağın etməsinə imkan verməyin. Fırtınanı arxanızda qoyaraq, hərəkətverici bir qüvvə kimi istifadə etməyi öyrənin.
 
6. Bizi hiddətləndirən bir çox şey, adətən, başqalarının bəzi şeyləri bizim üstümüzə atması ilə bağlıdır və bizi hiddətləndirən hər şey, əslində özümüzü tanımaq üçün bir fürsətdir. Yaşadığınız hər bir neqativ hadisəni cibinizə qoyun və bir həyat təcrübəsi olaraq yanınızda gəzdirin. Gələcəkdə bənzər hadisələrlə qarşılaşdıqda mübarizə gücünüzün artdığını görəcəksiniz.
 
7. Hər kəsdən daha yaxşı olmağınız lazım olduğu fikrinə əsla qapılmayın. Sabah, bu gün  olduğunuzdan daha yaxşı olmağınıza inanın və bunun üçün səy göstərin kifayətdir. Hər bir insanın fərqli potensial və bacarıqları vardır. Siz yetər ki, potensialınızın fərqinə varın və onları göstərməyi bacarın.
 
Korrektə etdi: Hürü Mustafayeva

ŞƏRH YAZIN