Qızıl Məsləhətlər

0
5918
Qızıl Məsləhətlər

1. Özünə acıyaraq və keçmişin haqqında peşmançılıq çəkərək zamanını boşa xərcləmə.
 
2. Öz problemlərinə şikayətlənmə və onları həll etməyə çalış.
 
3. Həyatda qarşına çətinliklər çıxan kimi təslim olma.
 
4. Maaşdan maaşa yaşama.
 
5. Qazandığından daha çox pul sərf etmə. Və borclar içində batma.
 
6. Hər şeyə nəzarət etməyə çalışma. Daha sonra isə bu mümkün olmadığı üçün özünü üzmə.
 
7. Qorxduğun və çəkindiyin şeylər haqqında fikirləşmə.
 
8. Başqalarının sənin yerinə qərar qəbul etmələrinə icazə vermə. 
 
9. Kiçik anlaşılmazlıqlara böyük qalmaqallara çevrilməyə imkan yaratma.
 
10. Ətrafındakı insanların paxıllığını çəkmə.
 
11. Kin saxlama. Hər kəsi bağışlamağa çalış.
 
12. Hər zaman hesab etməyin ki, yalnız siz haqlısız.
 
13. Başqalarının düşüncəsindən asılı olmayın.
 
14. Özünə və başqalarına yalan danışma. Həmçinin başqalarının da sənə yalan danışmadıqlarına əmin ol.
 
15. Başladığınız işi hər zaman bitirin.
 
16. Səyahət et. Hər dəfə yeni bir ölkə, yeni gözəlliklər kəşf et.
 
17. Özünü uğurlu insanlarla müqayisə etmə. Hər zaman daha yaxşısı olmağa çalış.
 
18. Özünü dəyərləndir.
 
19. Hər zaman  yeni nəsə öyrənməyə çalış.
 
20. Etdiyin hər bir şeyin məsuliyyətini daşımağı bacar. Daim günahı başqalarının boynuna atma.
 
21. Sənə kömək etmələrinə icazə ver.
 
22. İnsanlara güvən. Ən azından sına.
 
23. Bir neçə işi eyni anda həll etməyə çalışma.
 
24. Başqalarına da kömək et. Ancaq özünə sərf edənləri etmə.
 
25. Səndə olmayan bir şey haqqında düşünüb kədərlənmə.
 
26. Hərr zaman idmanla məşğul ol, ziyanlı və yağlı yeməklərdən uzaq dur və öz sağlamlığını korlama.
 
27. Dediklərini düşünmədən demə.
 
28. Heç vaxt heç kimə öz hisslərindən bəhs etmə.
 
29. Hər zaman "Bağışla" və "Mən səni sevirəm" ifadələrini deməyi bacarın.
 
30. Öz ehtiyaclarını sonraya saxlama.
 
31. Başqalarının sənin haqqında pis fikirləşmələrinə imkan vermə.
 
32. Televizora baxmağı azalt.
 
33. Zərərli vərdişlərdən uzaq ol.
 
34. Hər zaman iş olmaz. İstirahət də lazımdır.
 
35. Öz hobbilərini unutma.
 
36. Yaxın münasibətləri yadından çıxartma.
 
37. Hər şeyi ürəyinə salma.
 
38. Sənə edilmiş yaxşılıqları hər zaman xatırla, pislikləri isə yaddan çıxart.
 
39. Başqalarının düşüncələrinə və məsləhətlərinə də nəzər salmağı unutma.
 
Korrektə etdi: Hürü Mustafayeva

ŞƏRH YAZIN