İki adam yayın qızmar bir günündə gəzirmişlər.Çox keçmədən hava daha da qızmar olur. Onlar bir ağac görürlər və dincəlmək üçün onun kölgəsinə otururlar . Ağacın budaqlarına xeyli baxdıqdan sonra biri digərinə söyləyir :
"Bu necə də lazımsız ağacdır .Onun heç bizim yeməyimiz üçün nə bir meyvəsi , nə də bir qozası var , biz hətta onun odunundan heç nə üçün də istifadə edə bilmərik ".
"Çox da bele naşükür olma " deyə ağacın səsi gəlir. Mən indi sənin üçün son dərəcə faydalıyam , çünki səni qızmar günəşdən qoruyuram . Və sən məni heç nə üçün faydasız adlandırma ".
Allah bu dünyadakı hər bir şeyi bir məqsədlə yaradıb .Biz heç vaxt Allahın bizə verdiyi bu payları görməzdən gəlməməliyik .