Cek Ma uğurunun 11 prinsipi

0
11426
Cek Ma uğurunun 11 prinsipi

Cek Ma – Çinin uğurlu, karizması ilə sayılıb - seçilən sahibkarlarından biridir. Həyat tarixçəsinə qısa nəzər salsaq deyə bilərik ki, o kasıb ailədə dünyaya gəlmiş, bizneslə məşğul olmağa qərar verənədək məktəbdə ingilis dili müəllimi kimi çalışmış, bir müddət aşağı vəzifəli məmur olaraq fəaliyyət göstərmişdir. Onun çəkdiyi əziyyətlərinin nəticəsi isə hazırda bütün dünyada məşhur olan “Alibaba Group” – dur. Onun uğur qazanmaq üçün təklif etdiyi əsas prinsipləri bunlardır: 
1. İclas zamanı iştirakçıların 90%-i hər hansısa bir təklifə müsbət rəy bildirərlərsə mən həmin təklifin yararsız olduğunu görüb, onu zibil qutusuna atıram. Səbəb isə çox sadədir: əgər bir çox insan bu imkanın fərqindədirlərsə, deməli ayrı - ayrı şirkətlər artıq bu ideya üzərində işləyir, demək bizim bu təkliflə liderliyə sahib olma ehtimalımız aşağıdır.
2. Rəqabət – şahmat oyununa bənzəyir. Məğlub oldunsa növbəti bir oyun oynamaq olar. Dalaşmaq isə mütləq deyil!
3. Əgər kim ki, bütün vaxtını yalnız işə sərf edir, gec və ya tez buna görə peşman olacaq.
4. Sahibkarların ən pis xüsusiyyətləri – xəsislik, yaranmış vəziyyəti adekvat şəkildə qiymətləndirməyi və irəliyə baxmağı bacarmamaqdır.
5. Sahibkar üçün birinci dərəcəli önəmli şəxslər onun müştəriləri, ikinci dərəcəlilər onun əməkdaşları və nəhayət üçüncü dərəcəli şəxslər səhmdarlardır.
6. Yalnız həyatın mürəkkəb sınaqlarından keçməklə, uğursuzluğa düçar olmaqla və məyus olmaqla başa düşürsən ki, həyatın bəzi anlarında öz dözümlülüyünü nümayiş etdirməyin mütləqdir.
7. Partnyor olaraq sənin bacarıqlarını tamamlaya biləcək birini seçməlisən. Bu şəxsin uğur qazanmış biri olması isə mütləq deyil.
8. Rəqibin səndən kiçik və ya zəif olduqda belə, ona səninlə bərabər gücdə imiş kimi davranmalısan. Yox əgər, rəqib səndən böyükdürsə, bu halda da ondan güclü olmaq üçün daim mübarizə aparmaq lazımdır. Ondan qorxaraq geri çəkilmək isə ümumiyyətlə düzgün addım deyil.
9. Çalışın ki, əməkdaşlarınız həmişə işə sevinc hissi ilə gəlsinlər.
10. Vaxtaşırı olaraq depressiyaya düşüb, həyatdan şikayətlənirsənsə bu sanki alkoqolizmə bənzəməyə başlayır. Yəni, nə qədər çox içsən, vəziyyət də bir o qədər pisləşir. Bunu bil ki, uğura gedən yolda uğur qazanmış insanlar gileylənmir və deyinmirlər.
11. Sənin biznesə başlamağın sabit gəlirdən, bonus və mükafatlardan imtina etməyin deməkdir. Digər tərəfdən isə gəlirlərini heç nə məhdudlaşdırmır. Zamanından daha faydalı yararlanacaqsan və digər insanlardan icazə istəməli olmayacaqsan.
 

ŞƏRH YAZIN