Qəzəb Anında Sakit Qalmağın Üsulu

0
3653
Qəzəb Anında Sakit Qalmağın Üsulu

Elm insanları asanlıqla provokasiya olan insanların qəzəb dolu anlarda necə sakit qalacağını və soyuqqanlı hərəkət edəcəklərinin yolunu tapdı.

Aparılan bir araşdırmaya görə gərginlik və qəzəbin içinə atıldığınız hallarda etməyiniz lazım olan şey son dərəcə sadədir: İçində olduğunuz vəziyyətə uzaq bir məsafədən baxdığınızı düşünün. Bu nöqteyi-nəzərdən baxaraq, o an yaşadığınızı və hisslərinizi fərqli bir şəkildə istifadə etməyə çalışın.
 
ABŞ-ın Ohio State və Michigan Universitetləri tədqiqatçıları tərəfindən aparılan təcrübənin nəticəsində ortaya atılan "fərdi məsafələndirmə" üsulu, qəzəbli insanların özlərini hiddətləndirən amillərin təsirini ən aşağıya endirmələrini təmin edir. Fərdi məsafələndirmə, çox qısa zamanda öyrənilə bildiyi kimi, insanların qəzəb anında özlərini dava etməkdən saxlamalarını da təmin edir.
 
BİR ADDIM GERİ ATIB DÜŞÜNÜN
 
Araşdırma qrupunda yer alan alimlərdən biri Ohayo Universitetindən rabitə və psixologiya professoru Bred J. Bushman, "İnsanlar təbii olaraq özlərini məsafələndirmir. Nə vaxt əsəbləşsək, təbii olaraq, qəzəbə qapılıb gedirik" dedi.
 
Bushman, "Ağlımızda davakar fikirlər və hisslər tutsaq, bu şəkildə hərəkət etməyimiz də labüddür. Ediləcək ağıllıca hərəkət, geriyə bir addım atmaq və içində olduğumuz vəziyyəti tavanda gəzişən bir milçəyin gözündən incələməkdir" - dedi.
 
Korrektə etdi: Hürü Mustafayeva

ŞƏRH YAZIN