Diplom almadılar ancaq...

0
6354
Diplom almadılar ancaq...

Onlar oxuya bilmədilər və ya oxumaq istəmədilər. Hər hansı bir səbəbdən diplomları belə olmadı. Ancaq zənginlikləri yerə-göyə sığmadı. 

Arzularını gerçəkləşdirmək və ya ailələrinə kömək etmək üçün kollec belə bitirə bilməyən bəzi məşhur multi milyonçuların maraqlı hekayələrinə nəzər salaq:
 
Amancio Ortega: 
Zara tekstil və mağazalar şəbəkəsinin sahibi işadamı 14 yaşında liseyi tərk etdi. İspaniyanın ən varlı adamı 25 milyard dollara sahibdir.
 
Francois Pinault:
Fransanın ən varlı üçüncü insanı, Gucci, Converse və Somsonitenin sahibidir.
 
Billi Joel:
"Columbia Universitetinə getməyəcəm, Columbia Səsyazma şirkətinə gedəcəm. Orada litsey diplomuna ehtiyac yoxdur" dedikdən sonra litseyi tərk etdi. Məşhur Amerikalı Rock and Roll musiqiçisi, 160 milyon dollarlıq bir sərvətə malikdir.
 
Catherine Zeta-Jones:
Londonda 15 yaşında litseyi film ulduzu olmaq üçün tərk edən tanınmış aktrisa. Təxminən 45 milyon dollarlıq sərvətə malikdir.
 
Carl Lindner:
Qapı-qapı süd paylayaraq ailəsinə kömək etmək üçün litseyi tərk etdi. Chiquita bananlarının sahibi və dondurmanın şahı məşhur işadamı. Sərvətinin miqdarı 1.7 milyard dollardır.
 
Richard Branson:
16 yaşında mədəniyyət və sənət jurnalı çıxartmaq üçün məktəbi tərk etdi. 20 yaşında olarkən poçtla daşıdığı disklərdən Virgin disk şirkətini yaratmışdır. Dünya səviyyəsində 200 şirkəti, Qəraiblərdə iki xüsusi adası var. Sərvəti 4 milyard dollardır.
 
Curtis James Jackson (50 Cent):
Məşhur qara dərili musiqiçi New Yorkun Jamaica ərazisində getdiyi məktəbi 12 yaşında tərk etdi.
 

ŞƏRH YAZIN