Müsbət Yanaşmağı Bacarmaq Lazımdır.

0
2121
Müsbət Yanaşmağı Bacarmaq Lazımdır.

Hara baxdığınız o qədər əhəmiyyətli deyil, ora necə baxdığınız əhəmiyyətlidir. Çünki həyat, niyyətə görə formalaşır. Və baxdığınız yerdə olanı deyil, görmək istədiyinizi görərsiniz.

Bu mənada həyata mənfi baxan mənfiliklərdən meydana gəlmiş bir həyatla qarşılaşarsınız. Təbii ki həyat zəhər olar. Bu bir xəstəlikdir, amma məğlub olması mümkün bir xəstəlikdir.
 
İndi həyatımıza müsbət yanaşma ilə baxmağa çalışaq: 
 
Həyat əslində gözəldir, ancaq diqqətsiz, laqeyd və duyğusuz yaşadığımızdan gözəllikləri görə bilmirik.
 
Nə gözəlliklərə diqqət göstəririk, nə detallara diqqət edirik, nə də əlimizdəki müsbətləri görmək üçün çalışırıq. 
 
Təsəvvür edin: Səhər oyandığımızda hansımız, bizə o günü də yaşama şansı verəni xatırlayıb şükr edirik? 
 
Nə qədərimiz, "Bu gün çox xüsusi, çox gözəl bir gündür, çünki mən bu gün də yaşayıram" deyib sevinclə özümüzü təbrik edirik? 
 
Gəlin bu günü şüurlu yaşayaq.
 
Hər kəsin bu günü yaşama şansı olmadı, dünən gecə minlərlə adam öldü, biz isə yaşayırıq. 
 
Ayrıca ağrılar içində əzab çəkmədiyimiz üçün də çox şanslıyıq.
 
Əvvəlcə yuxudan oyanaq. Rəngarəng bir göyqurşağına çevrilmək istəyiriksə dərhal dönüşək, aya çatmaq istəyiriksə dərhal çataq, bilirsiniz də, xəyalların sərhədi yoxdur, gerçəkdə edə bilmədiyiniz hər şeyi xəyalınızda edə bilərsiniz. 
 
Bu qədər tənbəllik bəsdir, artıq yataqdan çıxmağın vaxtıdır. Hamamda dişlərimizi fırçalayarkən güzgüyə baxıb özümüzü sevək.
 
Biz özümüzü sevməsək, başqaları bizi nə üçün sevsin? 
 
Həm niyə özümüzü sevməməliyik? Biz Allahın xüsusi əsərləriyik. Ala bildiyinə də ümidlənək. Çünki onsuz heç bir şey olmaz, yaşamaq daxil. İnancınız varsa, ümidiniz də olacaq.
 
Ümidimiz varsa qorxmayaq, inanaq ki, imkanlarımız və fürsətlərimiz də olacaq. 
 
Yoldaşımıza, uşaqlarımıza, ana və atamıza, yəni həyata gülümsədiyimiz zaman. 
 
Pəncərəni açıb nəmli səhər küləyini, həyatı içimizə çəkər kimi, dincələk. 
 
Süfrəmizdə olan kolbasa-sosiskanı tapa bilməyənlər də var, şükür edək. 
 
Qapıdan çıxarkən yoldaşımızı öpməyi unutmayaq, işdən telefon etməyi də. "Kefim yoxdur öpə bilmərəm, nə telefon, kontur ödənişlərindən xəbərin var mı?" deməyin.
 
Problemlərimiz əlbəttə olacaq. Problemsiz insan, problemsiz cihan olmaz, amma heç bir problem qiyamətə qədər də sürməz. Bir şəkildə həll edilər.
 
Başınızı dik tutun, üfüqə doğru baxın. Çiçəklər, kəpənəklər, dəniz, külək, günəş və hər şey... Gözlərinizin qarşısında sərgilənən hər şey sizin dinclik və xoşbəxtliyiniz üçün yaradıldı. Siz çox xüsusisiniz. Və çox da şanslısınız. 
 
Hər kəs həyata öz ürək pəncərəsindən baxar və yalnız görmək istədiyini görər.
 
Həyata müsbət baxan, müsbət baxışdan çoxalan ümid və cəsarətlə daha cəsur, daha xoş baxımlı olur. O zaman problemlərin öhdəsindən daha rahat gəlir.
 
Bilin ki, hər şey həll oluna bilər. Həll olunması qeyri-mümkün olan tək şey var: ölüm. Yaşayırıqsa problem yoxdur! Necəsə həll edərik. Necəsə həll eliyə bilərik. 
 
Yenə də problemlərin sonu gəlməz. Biri bitincə o birisi başlayır. Əhəmiyyətli olan problemlərə həbs olmamaq, həyata müsbət yanaşmaq və xoşbəxt anları tutmağa çalışmaqdır. 
 
Xoşbəxtlik və ümid insanın qarınını doyurar mu? Bəli dostlar, doyurar. Çünki xoşbəxtlik əhval-ruhiyyəyə çox xoş təsir edər və ümid verər. 
 
"Bunlar nəyə yarar?" desəniz:
 
Düşünmək üçün xoş əhvala və ümidə ehtiyacımız var.
 
İbadət etmək üçün yaxşı əhval-ruhiyəyə və ümidə ehtiyacımız var.
 
Xeyr demək üçün əhvala və ümidə ehtiyacımız var.
 
İlahi bir hədiyyə olan təbii gözəllikləri görüb dərk edərək həmd etmək üçün gözəl əhval-ruhiyəyə və ümidə ehtiyacımız var.
 
Uşaqlarımıza maraq göstərmək üçün əhvalımızın yaxşı olmağına və ümidə ehtiyacımız var.
 
Yeni investisiyalar edib nəticə çıxarmaq üçün xoş əhvala və ümidə ehtiyacımız var.
 
Bacarmaq üçün, qazanmaq üçün xoş əhvala və ümidə ehtiyacımız var.
 
Qarnımızı doyura bilmək üçün  əhvalımızın xoş olmağına və ümidə ehtiyacımız var.
 
Qısacası, yaşamaq üçün hər zaman əhvalımız yaxşı olmalı və ümidi əksik etməməliyik.
 
Korrektə etdi: Hürü Mustafayeva

ŞƏRH YAZIN