Güclü Və Sakit Bir Zehnə Sahib Olmaq Istəyirsinizsə..

0
2656
Güclü Və Sakit Bir Zehnə Sahib Olmaq Istəyirsinizsə..

1. Hər gün xüsusilə bacardığınız 3 şeyi bir dəftərə yazın. Özünüzü, özünüzəməxsus bir dəftərdə tərifləyin. Amma bunu təkəbbür və lovğalıq üçün etməyin. Sadəcə özünüzü daha yaxşı hiss etmək adına edin.

2. Tanımadığınız insanlarla heç vaxt mübahisə etməyin. Əsasında heç kəs ilə mübahisə etməyin. Mübahisə etmək beyninizi lazımsız yerə yoracaq və bəlkə də günlərlə məşğul edəcəkdir. Bu pisliyi özünüzə etməyin.
 
3. Uğurlu olduğunuz mövzularda tez-tez özünüzü təbrik edin. Çünki hər bir insan təqdir edilməyə ehtiyac duyur. Təqdir edilməyi yalnız başqalarından gözləməyin. Öz-özünüzü təbrik və təqdir edin. Amma bunu başqalarının yanında etməyin. Bu lovğalıq və özündənrazılıq kimi dərk ediləcəkdir. Özünüzü güzgünün qarşısında təbrik edə bilərsiniz.
 
4. Digər insanlarla özünüzü müqayisə etməkdən əl çəkib, özünüzə və özünüzü inkişaf etdirməyə diqqət yetirin. Hər bir insanın özünə məhdudlaşdırılmış xarakter və qabiliyyətlərə sahib olduğunu unutmayın. Yəqin ki, sizin də güclü olduğunuz bir cəhətiniz və digər insanlardan sizi ayıran bir bacarığınız var. Bunu fərq edin və şəxsi inkişafınıza əhəmiyyət verin.
 
5. Özünüzü müdafiəsiz qalmaqdan qoruyun. Qarşınıza çıxa biləcək hər cür vəziyyətə qarşı zehni olaraq hazırlıqlı olun.
 
6. Uzun müddətdir istifadə etmədiyiniz əşyalarınızdan xilas olun. Beləliklə, zehniniz soyuyacaq və yüngülləşəcəkdir. Bu əşyalardan xilas olarkən, istifadə ediləcək olanları ehtiyac sahiblərinə verərək özünüzü daha yaxşı hiss edə bilərsiniz. Xeyirxahlığı heç vaxt əldən buraxmayın və tuta bildiyiniz qədər çox insanın əlindən tutun.
 
7. Gündəlik həyatda danışarkən daha çox müsbət sözlərdən istifadə edin. Hər bir hadisənin və vəziyyətin müsbət tərəflərini görməyə çalışın. Dünyaya daim pozitiv bir pəncərədən baxın
 
8. Həqiqətən kədərli hiss etdikdə, ağlamağın dadını çıxarın. Bu sizi sakitləşdirəcəkdir. Ağlamaq, həm mərhəmət, həm də böyük bir nemətdir. Ağlayaraq ruh sağlamlığınızı düzəldə, stressdən xilas ola bilərsiniz. Ağlamaq, mənfi hisslərinizin yığılmağına mane olur və qəlbinizi yumşaldır.
 
9. Özünüzə gündəlik olaraq tək qalacağınız bir zaman kəsiyi ayırın. Bu zaman bölgüsündə öz iç hesabatınızı edə bilər və rahat bir şəkildə öhdəsindən gələ bilmədiyiniz problemlərə baş yora bilərsiniz.
 
10. Hər gün müntəzəm olaraq kitab oxuyun. Kitab oxuyaraq dərdlərinizdən uzaqlaşa bilər və zehninizi sakitləşdirə bilərsiniz. Gündə 6 dəqiqə kitab oxuyaraq stress və narahatlığınızı 68% azalda bilərsiniz.
 
11. Təbiət qoynuna çıxın və yaradılmış gözəlliklərə başqa bir gözlə tamaşa edin. Ağacların, çiçəklərin, dənizin, kəpənəklərin, quşların, həşəratların, buludların, yağışın və qarın yaradılışındakı gözəlliyi kəşf edin.
 
12. Duanı həyatınızın bir parçası halına gətirin. Dua edərək və sonsuz gücə əsaslanaraq problemlərinizin yüngülləşdiyini hiss edə bilərsiniz. Aciz və zəif olan insanın, mütləq bir gücə əsaslanmağa ehtiyacı olduğunu unutmayın. Çarəsizliyinizi, sonsuz bir gücə əsaslandıraraq özünüzü daha güclü və rahat hiss edəcəksiniz.
 
Korrektə etdi: Hürü Mustafayeva

ŞƏRH YAZIN