Diqqətcil İnsanların Əməl Etdikləri Qaydalar

0
2747
Diqqətcil İnsanların Əməl Etdikləri Qaydalar

Düzgün planlama

Bu, diqqətcil insanların etdikləri ən vacib işlərdən biridir. Onlar, bir çox işi eyni zamanda etmirlər.Zamanlarını düzgün bölürlər və bir işi görərkən tələsmirlər.Bütün diqqətlərini bir işin üzərində cəmləşdirir, beləliklə işin keyfiyyəti artır və hədəflərinə daha tez çatırlar. Bir çox işi eyni zamanda etməyə çalışmaq səhv etmə ehtimalını artırır. Nə qədər çalışırsınız çalışın, iki işi eyni vaxta edərək hər ikisinin öhdəsindən gələ bilməzsiniz – çünki insan beyni uzun müddət iki işə diqqət ayırıb hər ikisini bacarıqla yerinə yetirə bilməz.
 
Onlar dedi-qodu etməzlər.
 
Diqqətcil insanlar hər zaman öz işlərilə məşğuldular. Diqqətlərini o an etdikləri hər nədirsə, ona cəmləyərlər və dedi-qodu etməzlər. Zamanlarını sərf edəcəkləri daha mühüm işlər vardır, başqalarının həyatlarına qarışaraq onların dedi-qodusunu etməklə məşğul olmazlar. Hər kəsin etmək istədiyini seçmək haqqı vardır və hər kəs etdiyinə özü cavabdehdir. Həm də dedi-qodu etmək sadəcə güvənsiz və qısqanc görünmənizə səbəb olur. Buna görə də bu hərəkətlərinizlə mübarizə aparın!
 
İşlərini zamanında edərlər.
 
İşləri zamanında etməmək bir çoxlarının ən böyük problemlərindən biridir. Hər zaman əmin olduğunuz işi etməyə çalışın və ya etməniz lazım olan işdən xoşlanmasanız da, onu təxirə salmamağa çalışın. Çünki bu sadəcə daha çox stresli olmağınıza və hələ də ediləcək çox işin və çox zaman tələb etdiyini düşünərək əhvalınızın pisləşməsinə səbəb olacaqdır. 
 
Başqalarının razılıqlarına ehtiyac duymazlar.
 
Diqqətcil insanlar başqalarının razılıqlarına ehtiyac duymazlar. Nə edəcəklərini özləri düşünür və bütün işin məsuliyyətini öz üzərlərinə götürərlər. Həm də gördükləri işin hər zaman uğurlu olacağına güvənir və sadəcə öz məqsədlərini sona qədər reallaşdırmaq üçün yaşayarlar. Onları xoşbəxt hiss etdirən şeyləri edərlər, başqalarının nə dediyini önəmsəməzlər.
 
Onların diqqət cəmləmə bacarığı yüksəkdir.
 
Belə insanlar heç bir şeyin diqqətlərini dağıtmağına imkan verməzlər. Heç bir şey onların hədəflərindən döndərə bilməz. Onlar fikirlərini yayındırıcı bir çox şey olduğunu və bunların iş nəticələrinə təsir edərək məhsuldarlıqlarını aşağı salacağını bilirlər. Heç bir şeyin fikrinizi yayındırmağına və yaradıcılığınıza əngəl olmasına icazə verməyin. Nə olursa olsun, planlarınızdan dönməyin!
 
Bəhanə uydurmamaq.
 
Diqqətcil insanlar yersiz bəhanələrdən uzaq qaçarlar. Səhv bir hərəkət ediblərsə, məsuliyyətini üzərlərinə götürərlər və bu vəziyyətdən çıxış yolu axtararlar. Uduzmaqdan qorxmazlar və bir şeyi etmək üçün gələcək zamanı və məqsədə uyğun şəraiti gözləməzlər. Əgər o iş onlar üçün önəmlidirsə, hazır olmasalar belə o an edərlər.
 
Keçmişi yaddan çıxartmaq.
 
Onlar kimi siz də keçmişi yaddan çıxartmağa çalışın! Bunu yadınızda saxlayın ki, nə etsəniz də,artıq keçmişi dəyişdirə bilmərsiniz.Bundan sonra olanları qəbul edib   uzlaşmağı bacarmalısınız. Cəsarətli olma istəyiniz cəsarətsiz olma qorxunuzdan üstün olmalıdır.Buna görə də səhvlərinizdən nəticə çıxardın və ancaq gələcəyi düşünün!
 
Diqqətcil insanlar düşünərək hərəkət edərlər, risk etməyi sevərlər və nizamsızlığa dözümləri yoxdur. Özlərini daim başqalarıyla qarşılaşdırmazlar və real olmayan şeyləri arzu etməzlər. Bəs siz diqqətli insanların əsla etməyəcəyi hansı davranışları bilirsiniz?
 

ŞƏRH YAZIN