Müvəffəqiyyətli olmaq üçün öyrənməli olduğunuz 10 müzakirə üsulu

0
1995
Müvəffəqiyyətli olmaq üçün öyrənməli olduğunuz 10 müzakirə üsulu

Aşağıda yazılan 10 müzakirə üsülu, iştirak etdiyiniz bütün müzakirələrdə uğurlu olmağınıza kömək edəcək.

1.Prosesi müzakirə edin.

Görüşün vaxtını, kimlərin görüşə gələcəyini və mövzunun nə olacağını və s. əvvəlcədən təyin edin. Bu üsul sizə mövzudan yayınmamağa və məqsədyönlü şəkildə müzakirə aparmağa kömək edəcək.

2.Aktiv olaraq dinləyin.

Müzakirəyə başlayandan sonra, qarşınızdakına verəcəyiniz cavabı düşünmək onun ne dediyini eşitməmənizə səbəb ola bilər. Belə etmək yerinə, qarşınızdakı insanın bütün arqumentlərini diqqətlə dinləyin, sonra anladığınızı yoxlamaq üçün onun söylədiklərini öz kəlimələrinizlə təkrarlayın. Sizə deyilən sözün arxasında gizlənən əsl mənaları başa düşməyə çalışın. Mövzuya belə yanaşsanız daha çox məlumat almağa və qarşı tərəfin də sizi dinləməsinə nail ola bilərsiniz.

3.Yaxşı suallar ünvanlandırın.

Çox yönlü müzakirələrdə çox sayıda sual verərək məlumat toplamağa çalışın. Bu prosesin sonunda sizə faydalı olacaq məlumatlar ala bilərsiniz. Çalışın suallarınızın cavabı “bəli” ya da “xeyir” olmasın.

4.Taktikalardan istifadə edin.

Qarşı tərəf üçün çox önəmli, lakin sizin üçün çox vacib olmayan mövzularda qarşı tərəfə güzəştə gedin, beləliklə qarşı tərəfdən sizin üçün daha vacib olan başqa mövzularda güzəştə getməsini istəyə biləcəksiniz. 

5.Mühakimələri görməyə çalışın.

Çalışın ilk təklifləri siz edəsiniz, bu hal müzakirənin sizin istədiyiniz kimi baş tutmasına kömək edə bilər. Əgər ilk təklif qarşı tərəfdən gəlsə növbənizi gözləyin və ilk fürsətdə qarşı tərəfə öz fikirlərinizi söyləməkdən çəkinməyin. 

6.Eyni vaxtda bir çox bənzər variantlarda təkliflər edin.

Eyni anda bir təklif yerinə bir neçə təklif verməyə çalışın. Qarşı tərəf, olunan təkliflərin hamısından imtina edirsə, ondan sizin ən çox hansı təklifinizi az da olsa niyə bəyəndiyini soruşun. Sonra etdiyiniz təklifi yaxşılaşdirmağa çalışın və ya qarşı tərəflə birgə, hər iki tərəfidə qane edəcək yollar tapmaq üçün düşünün. Birdən çox təklif etmək strategiyası sizin qarşınızdakı insanla ortaq məxrəcə gəlməyinizə kömək edəcək.

7.Şərti müqavilə bağlamağa çalışın.

İnsanlar zaman keçdikcə müzakirə olunan mövzunun  sonunun necə olacağını düşünürlər. İnamsızlıq yaranmasın deyə şərti müqavilə bağlamağı təklif edin. Məsələn, ustasınız və ev təmiri haqqında müzakirə aparırsınız ev danışılan vaxta kimi hazır olmasa, cərimə ödəyəcəyiniz və ya tez hazır olarsa mükafat alacağınız barədə müqavilə imzalasanız, iki tərəf üçündə daha sağlam və inandırıcı bir iş görmüş olacaqsınız. 

8.Tətbiq mərhələsinin planlaşdırılması.

Müqaviləni imzalamamış işin müddətini, gedişini hesablayıb rahat işləmək üçün qarşı tərəfədə uyğun olan ən uzaq tarixi seçməyinizi məsləhət görürük. Hətta zaman-zaman işin gedişatını yoxlayıb lazım olarsa yeni müzakirələr edə bilərsiniz.  Bunlardan əlavə tərəflər arasında anlaşılmazlıq yaranma riskinə qarşı müqavilənizə mübahisələrin həlli üçün atılacaq addımlar maddəsini əlavə etməniz çox düzgün addım olardı.

ŞƏRH YAZIN