Ruh Yüksəkliyi Üçün Məsləhətlər

0
6722
Ruh Yüksəkliyi Üçün Məsləhətlər

Ruh yüksəkliyini yarada bilmirsənsə, aşağıdakı tövsiyyələr sənə görədir!
 
Heç nəyə marağım yoxdur! Beynimdə heç nəyi düşünə bilmirəm!
 
Kaşki özümü toparlaya bilərdim!
 
Bəzən, gücümüz bitdiyi zaman heç nəyə marağımız qalmır.
 
Çoxlarımız "kaşki" sözünü tez-tez dediyini hiss edirəm.
 
Motivasiya həyatımızın sehrli bir kəlməsidir.
 
Daim nailiyyət əldə edən insanların sirrlərinin səbəbi güclü ruh yüksəkliklərinin olmasıdır.
 
Nə iş gördüyünüzdən asılı olmayaraq əgər kefiniz yoxdursa onda heç nə edə bilmiyəcəksiniz.
 
Ona görə ki,hər hansı bir işin öhdəsindən gəlmək üçün özünüzə inam, ruh yüksəkliyi olmalıdır.
 
Məşhur futbolçu Kristiano Ronaldo dəqiq bir penaltını vura bilmək üçün özündə motivasiya hiss etməlidir.
 
Daim yüksək bal alan tələbələr imtahan zamanı öz fikirlərini cəmləşdirib ruh yüksəkliyi ilə yaxşı qiymətlər əldə edirlər.
 
İdmanla məşğul olan insanlarda daima ruh yüksəkliyi olmalıdır.Onlar üçün bu ciddi məsələdir.Hətta bununla məşğul olmaq üçün mütəxxəsislər də var.
 
Yaxşı motivasiyamızın olması üçün nə etməliyik?
 
1.Məqsədini seç.
 
İnsanların çoxunun həyatda heç bir məqsədi yoxdur.Dərsə gedən uşağın oxumaq üçün bir məqsədi yoxdursa, təhsilini başa çatdıra bilməz.
 
Beynimiz bir məqsəd seçdiyi zaman avtomatik olaraq bizim üçün siyahı yaradır.Beləliklə biz hədəfə çatmaq üçün nə etməli olduğumuzu bilirik.
 
2.Niyə pul qazanmaq istəyirsən?
 
Nə üçün məktəbə gedirsən?
 
Hansı məqsədlə işləyirsən?
 
Universitetə hazırlaşmağındakı məqsəd nədi?
 
Ruh yüksəkliyinin əsas mənbəyi hər hansı bir işi nə səbəbdən etdiyimizi bilməkdir.
 
3.Nailiyyətlər əldə etsək  nə baş verəcək?
 
Əsasən şagird yaxşı qiymət aldıqda işçi daha çox maaş aldıqda daha da motivasiyası artır.İnsan etdiklərinin qarşılığında nə isə əldə edəndə  o işə daha çox həvəsi artır.
 
4.Uğur əldə etməsən nə ola bilər?
 
Uğur əldə etməyən insan üçün həvəssizlik bir vərdişdir.Çalışmaq lazımdır ki, belə hisslərdən uzaq olasan.
 
Şagirdlərimizin çoxu zəif qiymət almamaq üçün çalışır. İş yerində çox işçi problem çıxmasın deyə işini görər.
 
Ən yaxşı motivasiyası olan insanlar isə həm müsbəti həm mənfini düşünərək işləyən insanlardır
 
5.Prioritlərini seç
 
Bir hədəfiniz varsa artıq öncəliklərində nizamlama etməlisən.
 
Bundan sonra nə sizin üçün daha öndə və önəmli?
 
İnternetdən artıq qalan vaxt ərzində mi dərs hazırlayacaqsan, yoxsa dərsdən artıq qalan vaxtda mı internetlə məşğul olacaqsan?
 
Hansı sənin üçün daha əvvəldədir və vaciblidir? Bunun həll yolunu tapa bilməyən insan səncə, uğurlu ola bilərmi?
 
6.Arzularında dönmə
 
Arzu etdiyin işin enerji mənbəyidir. Hədəfinizi öncə arzuladığınızda  işləmək əzminiz də adaptasiyanız da artar.
 
Nə qədər böyük və güclü arzularınız varsa, o qədər böyük və güclü işlər bacaraqsınız.
 
Böyük fikirləşin!
 
Unutmayın, arzularınız olmasa hədəfiniz də olmaz!
 

ŞƏRH YAZIN