Stiv Cobsun Fəlsəfi Fikirləri

0
8703
Stiv Cobsun Fəlsəfi Fikirləri

Stiv Cobsun fəlsəfi fikirləri:

-Həyat qısadır, düşünürəm yalnız öləndə anlayacağıq bunu. 
 
-Mənim işim insanlara yaxşı davranmaq deyil, onları inkişaf etdirməkdir. 
 
-Bir proyekt ortaya çıxaranda başlanğıcda səhvlər edə bilərsiniz, əhəmiyyətli olan səhvlərinizi müdafiə etmək yerinə tez bir zamanda düzəldə bilməyə çalışmaqdır.
 
-Həyatdakı vaxtınız qısadır, ona görə işə yarayan bir şey etmək üçün xərcləməyiniz çox əhəmiyyətlidir.
 
-Müştərinizə nə istədiyini soruşub ona görə məhsul çıxara bilməzsiniz, çünki siz onların istədiyini edərkən onlar başqa bir şey istəyəcək. 
 
-Həyatımızla əlaqədar seçimlər bizə aiddir, buna görə ən yaxşısı olmaq üçün çalışmalıyıq.
 
-Qəbiristanlıqdakı ən varlı adam olmaq mənim üçün heç nə ifadə etmir. Mənim üçün əhəmiyyətli, gecə yatağıma uzananda "Bu gün mükəmməl iş gördüm"-deyə bilməkdir. 
 
-Biz yalnız, əməliyyat sistemlərinə baxdıq və "Bunu daha sadə və daha güclü edə bilərikmi?"-dedik.
 
-Mən bir ildə 250 milyon dollar itirməyin nə demək olduğunu bilən insanlardanam, inanın mənə, xarakterinizi gücləndirən bir hadisə budur.
 
-40 yaşındaykən dünyanı dəyişdirdiyimizi söyləyirlər, amma dəyişmədi, mən 40 yaşına çatdım və hələ dəyişmədi. Doğuluruq, böyüyürük, uşaqlar gətiririk dünyaya və ölürük. 
 
-Dünyanı dəyişdirə biləcəyini düşünəcək qədər dəli olan insanlar ancaq dünyanı dəyişdirə biləcək işlər edə bilər.
 
-Dizayn gülməli sözdür. Bəzi insanlar düşünür ki, dizayn onun necə göründüyüdür, amma dərinə getsək, necə göründüyü deyil, necə işlədiyidir.
 
-Pirat olmağa qərar verdinsə, dəniz qüvvətlərinə qatılmaq məntiqsizdir.
 
-Yaradıcılıq, lider olmaq və izləyən olmaq arasındakı fərqdə gizlidir. 
 
-Keyfiyyətli bir meyar olun. Bəzi insanlar, mükəmməllik gözlənilən bir mühitdə istifadə edilə bilməz.
 

ŞƏRH YAZIN