Xoşbəxt Olmaq Üçün Bunları Edin

0
3145
Xoşbəxt Olmaq Üçün Bunları Edin

1. Paylaşmağı sevin

Araşdırmaya görə başqaları üçün pul xərcləmək, özünüzü daha yaxşı hiss etməyinizə gətirib çıxarır.Və həmin araşdırmaya görə ən xoşbəxt insanların, paylaşmağı sevən insanların olduğu sübut edilib.

2. Şükür etməyi bacarın
 
Martin Seliqman hər gecə onları xoşbəxt edən üç yaxşı şeyi yadına salan insanların digərlərindən daha xoşbəxt olduğunu sübut edib. Sizi xoşbəxt edən şeylərin çox da əhəmiyyətli şeylər olması vacib deyil.Sevdiyiniz insanın xosladığınız bir şirniyyatı xatırlayıb alması belə şükür etməyiniz üçün yetərlidir.
 
3.Yeni şeylər sınayın
 
Araşdırmalar göstərir ki, yeniliklər edən, yeni təcrübələr yaşayan və gündəlik həyat tərzindən çıxmağı bacaran insanlar daha xoşbəxt olurlar. Yeni şeylər sınamaq beyin dalğalarını oyandırır.
 
4. Hədəflər müəyyən edin
 
Jonathan Freedman iddia edir ki qarşısına qısa, yaxud uzun müddətli hədəf qoyanların,digərlərinə nisbətən daha xoşbəxt olurlar.Richard Davidsonun dediyinə görə isə, hansısa məqsəd naminə çalışmaq, müsbət emosiyalar oyadır insanda.
 
5. Tərəfsiz olun
 
Deepak Chopra yazır ki, xoşbəxt olmaq üçün tərəfsiz olmaq lazımdır: “Əgər öz mövqeyinizi müdafiə etməyi dayandırsanız, enerjinizin 99 faizinə qənaət edərsiniz və daha çox xoşbəxt olarsınız”.
 
6. İnanclı olun
 
Aparılan yeni araşdırmalara görə inanclı insanlar inancı olmayanlara nisbətən həyatlarından daha məmnun və xoşbəxtdirlər.Bruce Headeyin 25 illik araşdırmasının nəticəsində bəlli olub ki, inanclı insanlar karyera narahatlığından uzaqdırlar və ruhən daha stabildirlər.
 
7. Azı 6 saat yatın
 
İngiltərədə aparılan bir araşdırma göstərir ki, gündə ən az 6 saat  15 dəqiqə davamlı olaraq yatmaq, insanın xoşbəxt olmasında mühüm rol oynayır.
 
8. On yaxşı dostunuz olsun
 
Araşdırmaya görə ən azı 10 yaxşı dosta sahib olduğunu deyən yetkin insanlar, beşdən az dostu olanlara nisbətən daha xoşbəxtdirlər. Daha xoşbəxt hiss etmək üçün, ətrafınızı genişləndirməyiniz lazımdır.
 
9. Tez-tez gülümsəyin
 
Gülümsəmək insanda müsbət emosiyalar yaradır.Əgər heç bir səbəbsiz gülümsəməyə başlasaz,əhvalınız düzələcək.Bu da araşdırma nəticəsidir.
 
10. Romantik olun
 
Münasibətlərin xoşbəxtliyə çox böyük təsiri var.Aparılan araşdırmaya görə sevgi münasibəti olan insanlar,olmayanlara nisbətən daha xoşbəxtdirlər.
 

ŞƏRH YAZIN