Motivasiyanızı Yüksəldin!

0
7721
Motivasiyanızı Yüksəldin!

Seçdiyiniz yolda haqlı olduğunuzu mu göstərmək istəyirsiniz? Yolunuzdan dönmədiyiniz müddətcə haqlı olan daima siz olarsınız. 

Əgər getdiyiniz yolda əngəllər yoxdursa, o yolun sonunda möcüzələr də olmayacaqdır. 
 
Çarəsiz qaldığım zamanlarda gedib bir daş ustasının yanında oturub onu izləyərəm. Usta bəlkə 100 dəfə daşa  vurar amma bir zərrə belə daşdan ayrılmaz. Nəhayət  101 – ci vuruşda  daş ortadan ikiyə bölünər. Bax onda anlayaram ki, daşı ikiyə bölən o son vuruş deyil, ondan əvvəlkilərdir. 
 
Əgər nə istədiyini bilməsən bir də baxarsan ki, istəmədiyin bir çox şeyə sahibsən. (Chuck Palahniuk)
Hər kəs başlaya bilər. Lakin yalnız güclü iradə sahibləri bitirə bilər. Iradənin böyüdüyü yerdə çətinliklər kiçilir. Insanın iradəsi bütün silahlardan daha güclüdür.
 
Nəyi arzulayırsınızsa bütün diqqətinizi onun üzərində cəmləyin. Əvvəl – axır reallaşdığını görəcəksiniz. 
 
Müvəffəqiyyət son deyildir. Uğursuzluq da ölüm deyil. Önəmli olan davam etmə cəsarətini tapmaqdır. (V. Çörçill)
 
Reallaşması zaman alacaq deyə xəyalınızdan imtina etməyin.  Zaman onsuzda keçəcəkdir... (Earl Nightingale)
 
Əgər bir gün yolunuzu itirsəniz, bir uşağın gözlərinə baxın. Çünki, uşaqların həmişə yetkinlərə öyrədə biləcəyi  3 şey vardır. 1. Səbəbsiz yerə xoşbəxt olmaq. 2. Məşğul olacaq nəsə tapmaq. 3. Əldə etmək istədiyi şey üçün var gücü ilə mübarizə aparmaq. (Paulo Coelho)
 
Ən çox irəli gedən ox, ən çox arxaya çəkilmiş yaydan çıxar. (Çin Atalar sözü) 
 

ŞƏRH YAZIN