Özdemir Asafın söz xəzinəsindən...

0
7872
Özdemir Asafın söz xəzinəsindən...

Eşq; görməkdən çox darıxmağı sevər, Toxunmaqdan çox arzulamağı.. Və eşq elə xaindir ki; Harada qeyri-mümkün varsa gedər onu sevər.

Son istəyin nədir? sualı çox çox asandır, ilk istəyin nədir? sualından. Çünki, o sualı kimsə kimsədəm soruşa bilmədi qorxusund
 
Bir qadının alnı dodaqlarından daha qiymətlidir." Çünki dodaqlarından töküləcək olan 'səni sevirəm' sözü, Əvvəldən alınına yazılmışdır...
 
Dürüst kobud ol, süni hörmətli olma.
 
Tək şəxsiyyətdən idimi ki bu şəhər ? Sən gedincə bomboş qaldı...
 
Mənə toxunmayan ilan min il yaşasın. Bu ilan təbiətdəki ilandır, cəmiyyətdəki deyil. Səhv başa düşülür.
 
Bu heyvan o qədər vəhşi ki.. Onun öhdəsindən ancaq insan gələ bilər.
 
İki növ nöqtə var ; biri önünə və ardına baxar , biri ardına baxmaz ardını nöqtələyər.
 
Azadlığı əlindən alınan uşağa böyük deyərlər.
 
Xoşbəxt edə bilməyəcəksənsə, məşğul da etməyəcəksən. 
 
Bir səni görsün istəyirsənsə gözüm, bir məni görməlidir gözün.
 
Gözlə dedi getdi; Mən gözləmədim, o da gəlmədi. Ölüm kimi bir şey oldu amma kimsə ölmədi.
 
Əgər yalan idisə hər şey, buraxsaydın elə qalsaydı. Mənə son yalanın "məndə səni sevdim" olsaydı.
 
İkiüzlünün dilində dad, ürəyində isə fəsad gizlidir.
 
Nə pul istəyirəm nə də marka. Tək bir istədiyim var, o da yalansız bir qul.
 
İki variantın var; ya qal, ya getmə ! 
 
Mən ölsəydim, o bəlkə ağlayardı. Amma o ağlasaydı; Mən ölərdim...
 
Baxarkən qıya bilməməkmi, Yoxsa baxdıqca doya bilməməkdirmi eşq?
 
Sən qalırdın, gedə gedə, Mən gedirdim, qala qala.
 
Mənim ən sevdiyim söz ,"sən"dən eşitdiyim "mən"dir. 
 
İnsanmı pula bağlı, pulmu insana bağlı ? Bu, insana bağlı.
 
İnsansız ədalət olmaz...Ədaletsiz insan olarmı? Olar, olmaz olarmı! Amma, olmaz olsun. 
 
Kim bilir neçə sevgili ayrı yataqlarda, Bir-birinə sarılaraq yatır.
 
Gəlməyin bir yaxşılıqdır deyəcəkdim... qapını həmişə başqaları açdı. 
 
Təklik çöldən gəlməz; insanın içindədir.
 
Bəzən dözməkdir sevmək; həyat hardan vursa vursun ayaqda dayana bilməkdir… Bəzən yaşamaqdır sevmək; nəfəssiz ciyər kimi sevgisiz ürəyin dayanacağını bilmək… Bəzən ağırdır sevmək; sevdiyinə layiq ola bilmək… Və bəzən həyatdır sevmək; birini çox uzaqdaykən belə, ürəyində daşıya bilmək…
 
Artıq mənim xoşbəxtlik deyilən bir anlayışım olmayacaq. Daha bədbəxt olmamaq üçün...
 
Ağlamaq Unutmaq qədər asandır inan. ..Sevin ağlaya bilirsənsə. Sevin ağlayırsansa. ..Gül ağlaya bilirəm deyə, Gül ağlayıram deyə Sənə bir şey edə bilmərəm Ağlaya bilmirsənsə! 
 
Özünə gəl ! Səni orada gözləyirəm.
 
Təklik paylaşılmaz, paylaşılsa təklik olmaz.
 
 
Məni elə bir yalana inandır ki ömür tərəfindən sürsün doğruluğu.
 
Gerçək dəyər; gəlməsi boşluq dolduran deyil getməsi boşluq yaradandır.
 
Bir sevgini anlamaq, bir həyat xərcləməkdir... Xərcləyəcəksən!
 
Bir gün məndə şikayət etdiyin nə varsa, Darıxacaqsan! 
 
Səni, Sənsiz də sevə bilirəm.
 
Deyilə bilmir çox şey, susmadan.
 
Kimdən soruşsam, "Mən sənin xoşbəxtliyini istəyirəm" dedi. Nə qəsdiniz vardı xoşbəxtliyimə, anlamadım getdi..
 
Eşq; iki adamın küçə döyüşünə bənzəyər, Çünki ayıran həmişə bir başqasıdır
 
Halbuki nə çox ağladım mən bir damla yaş tökmədən...
 
Güclü olmanın müxtəlif yolları vardır, dürüst olmanın isə tək.
 
Gözlə desəydin, gəlməyəcəyini bilsəm belə gözləyərdim...
 
Yuxunun içində bir yuxu, yuxumda bir gecə, gecədə mən... Bir yerə gedirə... Ağılımda sən...
 
Adının üstünə xatirələr qoyma Sən məzar deyilsən. Xatirələr adının ardından gəlsin Sən divar deyilsən...
 
Bir sözə min məna yüklədiyim zaman sənə səslənəcəyəm.
 
Mənimlə ömür keçərmi ki dedim. Sənlə keçirməyə ömür yetərmi ? dedi. Söz mənə bir ömür çatdı.
 
Dost gerçəkləri.. Düşmən maraqlarına uyğun gələni.. Dəli ağızına gələni.. Aşiq içindən keçəni söyləyərmiş.
 
Gələcəksə gözlənilən, gözləmək gözəldir. Darıxacaqsa darıxılan, darıxmaq gözəldir. Və sevəcəksə sevilən; O həyat hər şeyə əvəzdir.
 
Sil ağızının kənarını, yenə gülüşündən cənnət axır...
 
Ağzında yalan varkən danışma! 
 
Nə vaxt qeyri-mümkünü sevsən, o zaman gerçək sevərsən.
 
Evlilik, iki şəxsiyyətlik təklikdir.
 
Mənim söyləmək üçün çırpındığım gecələrdə, siz yox idiniz. 
 
Sevilənin səhvi görünməz, sevilməyənin görünüşü səhvdir.
 
Dünəniylə məşhur insanlar bu gün gün üzü görməzlər.
 
Deyilə bilmir çox şey, susmadan..
 
Yolun gələcəyini çəkdim, keçmiş kimi.
 
Bu günə ən uzaq gün, dünəndir
 
Ölə bilərəm bu gənc yaşımda, Ən gözəl şeirlərimi söyləmədən apara bilərəm.
 
Hər qorxan qaçmaz. Amma hər qaçan, qorxaqdır.
 
 

ŞƏRH YAZIN