Məhz hamıya maraqlı olan "Beynimizin niyə hamısını istifadə edə bilmirik?" sualının cavabı.
Bunun səbəbi əslində, yetkin haldakı sinir hüceyrələrinin (yəni məlumat toplayan neyronların) özlərini yeniləyəbilmə xüsusiyyətlərini itirmiş olmalarıdır. Aparılan elmi işlər yetkin sinir hüceyrələrinin özlərini yeniləmələri üzərində əhəmiyyətli irəliləyişlər qeyd etdisə də, bu yeniləmə olduqca yavaş və məhdud miqdarda baş verməkdədir.
Beyin, həyatımız boyu əldə etdiyimiz məlumatları bir yerdə saxlayır. Qazanılan hər yeni məlumat, sinir hüceyrələrinə işlənir və buradaki bir çox digər sinir hüceyrəsi ilə lazımi sinir əlaqələrinin qurulması şəkli ilə toplanır. Gündəlik normal funksiyaları yerinə yetirməyimiz, öyrənilən hər bir yeni məlumatı fəal bir şəkildə istifadə etməyimiz və hadisələr arasında bir əlaqə quraraq şərh etməyimiz, bu toplanmış faktlar və yaradılmış sinir hüceyrəsi əlaqələri sayəsində baş verir.
Normal yaşlanma prosesi içərisində beyin, hüceyrələr də qocalır və zamanla hüceyrə ölümləri baş verir. Hər hansı bir zərbə və ya xəstəlik vəziyyətində də beyin hüceyrələrinin əhəmiyyətli bir hissəsini itirə bilərik.
Məhz bu kimi hallarda əhəmiyyətli qəbul edilən məlumatların yeni sinir hüceyrələrinə köçürülməsi və yeni sinir əlaqələrinin qurulması lazımdır. Bu proses zamanı da beyin istifadə olunmayan və bir növ "ehtiyyat" vəzifəsində olan sinir hüceyrələrini istifadə edir.
Yenə bənzər şəkildə, hər yeni "öyrənmə" halında da yeni sinir hüceyrələri istifadə edilir və lazımi əlaqələr yaradılır. Sinir sisteminin istirahət vəziyyətində olduğu yuxu prosesi, bu təminatların keçirildiyi və əlaqələrin qurulduğu ən önəmli mərhələdir. Bu səbəblə, nizamlı yuxu vərdişi, sinir sisteminin ən səmərəli şəkildə işləməsi üzərində olduqca təsirlidir. Bir sözlə, əgər beynimizin böyük bir faizini (və ya 100%-ni) istifadə edir olsaydıq, bəlkə bu kainatdakı ən ağıllı canlılar olardıq. Ancaq heç şübhəsiz, ən qısa səmərəli həyat müddətinə sahib heyvanlardan biri də bizlər olardıq.
Korrektə etdi: Hürü Mustafayeva