Benjamin Franklindən 12 Həyat Qaydası

0
8632
Benjamin Franklindən 12 Həyat Qaydası

1.Nəfsini saxlamaq - doymayacaq  qədər yemək və sərxoş etməyəcək qədər içmək.

2. Susmaq - boş və lazımsız söhbətlərdən uzaq durmaq, yalnız insanın özünə və ya qarşısındakı insana fayda verə biləcək söhbətlər etmək.
 
3. Nizam-intizamlı olmaq - hər şeyin səliqəli bir şəkildə öz yerində olması və hər bir məşğuliyyət üçün müəyyən vaxt ayırmaq.
 
4. Qətiyyətli olmaq - Hər hansı bir işi yerinə yetirməyə qərar vermək və mütləq şəkildə verilmiş qərarın arxasında durmaq.
 
5. Qənaətcil olmaq - Bədxərclik etməmək, pulu yalnız insanın özünə və ya başqa birinə fayda verəcək formada xərcləmək.
 
6. Əməksevər olmaq - Vaxtı boşuna sərf etməmək, hər zaman faydalı işlərlə məşğul olmaq və lazımsız işlərdən uzaq durmaq.
 
7. Səmimi olmaq - Heç kimi aldatmamaq, təmiz və düzgün niyyətlərə sahib olmaq, qarşı tərəflə söhbət edərkən də bu qaydalara riayət etmək.
 
8. Ədalətli olmaq - Heç kimə zərər verməmək,ədalətsiz davranmamaq və xeyirxah işlər görməkdən çəkinməmək.
 
9. Təmkinli olmaq - ziddiyətlərdən və haqsız davranışlara qarşı yaranan narazılıq hissindən uzaq durmaq.
 
10. Təmizliyə riayət etmək - Geyimin və evin təmiz olmasına diqqət yetirmək, natəmizlikdən uzaq durmaq.
 
11. Daxilən sakit və mülayim olmaq - boş şeylərə görə əsəbləşməmək, adi və ya qaçınılmaz hadisələrə görə narahat olmamaq.
 
12. Təvazökar olmaq - İsa Peyğəmbər və Sokratı özünə nümunə götürmək.
 

ŞƏRH YAZIN