Mark Tvendən...

0
10349
Mark Tvendən...

-Hər günə həyatının ən gözəl günü olması üçün şans ver.

-Həyatımda bir çox problem vardı və çoxu əsla var olmadı.
 
-Yağış duasına çıxmadan əvvəl meteorologiyanın qeydlərini qarışdırmaq hər vaxt faydalıdır.
 
-Bundan iyirmi il sonra etmədiyiniz şeylərdən ötəri, etdiklərinizdən daha çox peşman olacaqsınız. Dəmir alın və etibarlı limanlardan çıxın artıq...
 
-Küləkləri arxanıza alın, araşdırın, xəyal edin və kəşf edin.
 
-Dostluq qüvvətli bir bağdır. Pula ehtiyac olanda müraciət edilməzsə, ömür boyu sürər.
 
-Bankçılar, sizə hava tərtəmizkən zorla çətirini verən amma iki damla yağış düşdüyündə də çətiri zorla əlinizdən alan insanlardır.
 
-Cəsarət qorxunun yoxluğu deyil, qorxuya müqavimət göstərmək, qorxuya hökm etməkdir
 
-Hər zaman doğrunu söylə; nə dediyini xatırlamaq məcburiyyətində qalmazsan
 
-Təhsilin edə bilməyəcəyi heç bir şey yoxdur. Heç bir şey onun təsir sahəsinin xaricində qala bilməz. Pis əxlaqları yaxşıya çevirə bilər; pis qanunları yuyar və yerinə yenilərini qoyar; insanları mələklər səviyyəsinə çıxara bilər.
 
-Kitab oxumayan bir kimsənin, oxuma bilməyənə qarşı bir üstünlüyü yoxdur.
 
-İnsan 80 yaşında doğulub 18 yaşına qədər yavaş yavaş yaşasa daha xoşbəxt olardı.
 
-Xəyallarınızı itirdiyiniz an həyatınız sona çatdı deməkdir.
 
-Başımızı dərdə salan pis şeylərin qaynağında bilmədiyimiz şeylər deyil, başımıza əsla gəlməyəcəyindən əmin olduqlarımız vardır
 
-Cənnət ilə cəhənnəmlə əlaqədar irəli geri danışmaq istəməm çünki hər ikisində də dostlarım var.
 
-Həyatda ehtiyac olunanlar bilməməzlik və özünə inamdır və o zaman müvəffəqiyyət şübhəsizdir.
 
-İnsanoğlunun tək bir təsirli silahı vardır. Qəhqəhə…
 
-Sabah, geridə qalan həyatımızın ilk günüdür.
 
-Əxlaq mövzusunda ən əhəmiyyətli dərslər kitablardan deyil, yaşanan təcrübələrdən alınar.
 
-Məni yarı yolda buraxdığını sanıb, o yolda qaçarkən təngnəfəs qalanlar.. Yolun sonunda sizi gözləyirəm.. 
 

ŞƏRH YAZIN