Həyatdakı Seçimlərimiz

0
2122
Həyatdakı Seçimlərimiz

Həyatdakı seçimlərimiz çox vacibdi. Xoşbəxt olmağı seçsək xoşbəxt,bədbəxt olmağı seçsək bədbəxt ola bilərik.

Xoşbəxt olmaq və ya olmamaq bizim seçimimizlə bağlı bir şeydir. Uğurlu olub olmamaq da...
 
Bir uğur hekayəsi:
 
Atası tərəfindən tez-tez tənqid olunan Fred yoxsul bir ailədə dünyaya gəlibmiş.Və atası ona tez –tez “işə yaramaz” deyirmiş. Fred isə bir gün çox varlı bir insan olacağı haqda fikirləşir və buna çox inanırdı.Yalnız bunu necə edəcəyini bilmirdi. Atası səfil bir insan idi və o da səfil insan olmaqdan qorxurdu
 
Fred bir şeyi çox yaxşı başa düşmüşdü!Gələn heç bir fürsəti qaçırmamaq! Bunun üçün çox diqqətli olmaq lazım idi. Fred bir gün bir uşaq kitabı yazdı. O, uşaqlıqdan bəri gördüyü şeylər haqqında bir nağıl yaradırdı. 10 nağıldan ibarət kitabını bitirdikdə onu nəşrlər evinə verdi. Bir ilə yığdığı bütün pulu bu işə qoydu. Kitab nəşr olundu və minlərlə kitab satıldı. Fred indi məşhur bir uşaq nağılı yazıçısıdır və dəniz kənarı villa sahibidir.
 
Fred bu hekayədə varlı və xoşbəxt olmağı seçdi. Yoxsul və xoşbəxt olmağı da seçə bilərdi. Varlı və bədbəxt olmağı da...
 
Həyatda belədir. Nə istəyiriksə, həyatımızı o cür qururuq.
 

ŞƏRH YAZIN