Aziz Nesindən...

0
5370
Aziz Nesindən...

Al yalnızlığını gəl! Qorxma darıxmarıq.. Sənin yalnızlığınla mənim yalnızlığım danışar, bir ikimiz susarıq..

Bəzən bir insan üçün elə darıxılar ki, darıxılan belə yoxluğundan utanar..
 
Nə qədər qalmaq istəsək də, bəzən getmək məcburiyyətində qalarıq.. Və nə qədər getmək məcburiyyətində qalsaq da, qalmaqdan tərəfdir sol yanımız..
 
Xəritələrə baxdım, heç birində evin yox.. Ensiklopediyalara baxdım, heç birində şəklin yox.. Lüğətlərə baxdım, adın yox.. Aynada özümə baxdım, səni gördüm. Məndən başqa yerin yox..
 
İnsan sadəcə danışdıqlarına deyil, susqunlarına da məsuliyyət daşıyır..
 
Asan axmaz bilirsən bir kişinin göz yaşları.. Amma kişi ağladısa saxta olmaz əsla göz yaşları..
 
Eyni kağızın arxa və ön üzləri kimiyiz.. Sonsuzadək bərabər, amma heç qovuşa bilməyən..
 
Bilirsən ki, günahları yazan mələk soldadır.. Hətta bundandır qəlbin solda olması.. Çünki bəlkə də sevgi yaşanılan ən böyük günahdır..
 
Yaxşı insan sözün üstünə gələr – demişlərsə və mən həmişə səndən danışdığım halda gəlmirsənsə; demək ki, yaxşı insan deyilsən..
 
Niyə evlilik üzüyü “üzük barmağına” taxılır bilirsənmi? Çünki başqa heç bir barmaq da barmağımızda ürəyə gedən bir damar yoxdur..
 
Necə bitdi isə bundan əvvəlkilər, bu da bitər.. Bitə, bitə mən də bitərəm.. Olar bitər!
 
Qadının sevgiyə baxışı; “bir sən, bir mən, bir də uşaq”, kişinin sevgiyə baxışı; “bir sən, bir mən, bir də başqası”
 
Üşümək varsa, bu istinin yoxluğudur.. Qaranlıq varsa bu işığın yoxluğudur.. Əgər hər yer qaranlıq və sən üşüyürsənsə bu “O”nun yoxluğudur..
 
Yatağına uzanınca Ürəyinin səsindən yata bilmirsənsə, anla ki, yalnızsan..
 
Heç kimsəyə inanmıram deyə bir şey yoxdur.. “Zamanında o-na inandığım üçün, artıq heç kimsəyə inanmıram” deyə bir şey vardır..
 
Türk kişisinin dünyanın ən qısqanc kişilərdən biri olmasının səbəbi; Sevgililərinə deyil, özlərinə güvənmədiklərindəndir..
 
Nə ölünün arxasından danışılar, nə də gedənin.. Ha ölmüş, ha getmiş eynidir qalan üçün..
 
Tərk edib gedən kişinin gettiyi yerdə axtardığını tapmayınca qayıdıb “darıxdım” deməsi darıxdığından deyil, it kimi peşman olduğundandır.
 

ŞƏRH YAZIN