Zaman Rəhbərliyi Üçün 4 Ipucu

0
2401
Zaman Rəhbərliyi Üçün 4 Ipucu

1. Prioritetlərinizi müəyyən edin.

Bir çox insanın uğursuz olmasının ən böyük səbəbi, prioritetlərini müəyyənləşdirmədən işə başlamasıdır. Bir planınız və prioritet siyahınız yoxsa, məqsədinizə varmağınız çox çətindir. Gündəlik plan hazırlayın və işlərinizi üstünlüyünə görə sıraya qoyun. Ertəsi günə buraxıla biləcək işlərlə məşğul olarkən vacib işlərinizi təxirə salmayın. Ayrıca siyahı tutmaq, sizə mühasibat qabiliyyətini verəcəkdir. Hər günün sonunda siyahınızı nə dərəcədə reallaşdırdığınıza baxaraq bir nəzarət sistemi inkişaf etdirə bilərsiniz.
 
2. Mükəmməliyətçi olmaqdan əl çəkin.
 
Bir işin mükəmməl olaraq aparılmasının, yoxsa sadəcə edilməsinin daha mühüm olduğunu aydınlaşdırın. Mükəmməlliyə ilişib qalan bir çox insan ya uğursuz olur, ya da daha yolun başında imtina edir. Üstünlüyünüz işinizi tamamlamaq olmalıdır. Nə qədər mükəmməl etməyə çalışsanız qüsurlar da bir o qədər çox olur.
 
3. Gündəlik və ya həftəlik cədvəl yaradın.
 
Aylıq planlar apardığınız da axsamalar yaşaya bilərsiniz və yaşadığınız bu çatışmazlıqlar motivasiyanızı sala bilər. Perspektiv planlarınız mütləq olsun, amma əvvəlcə qısa müddətli planlar qurun. Parça-parça, addım-addım məqsədinizə çatmağınız daha asan olacaqdır. Yoxsa işlər gözünüzdə böyüyə bilər.
 
Bundan başqa, çalışarkən mobil telefonunuzu mümkün qədər bağlayın və ya səsini alaraq uzaq bir yerdə saxlayın. Kompüter başında çalışarkən, xüsusilə sosial media hesabları başda olmaq üzrə, bütün lazımsız vasitələri bağlayın. Ekranınızda yalnız işiniz olsun. Bu üsullarla diqqətinizin dağılmasının qarşısını alacaqsınız və işləriniz vaxtında yekunlaşacaqdır.
 
4. Hər bir layihə və işiniz üçün tarix təyin edin.
 
İşləriniz və ya layihələrinizin ucunu açıq tutmayın. Bir son tarix qoyduğunuzda gərginlik hissi ilə işlərinizi bir an əvvəl bitirməyiniz asanlaşacaqdır. İşə başlayarkən, bu ayın sonuna qədər bu işi bitirəcəyəm və ya qarşımızdakı ayın 20-də  bu iş bitmiş olacaq kimi son tarixləri müəyyən edin. Bu eyni zamanda sizin motivasiyanızı da artıracaqdır.
 
Vaxtı səmərəli istifadə etməyin başqa bir yolu da avtobus, metro kimi toplu daşıma vasitələrində, cib telefonunuza qabaqcadan yüklədiyiniz səsli kitablara qulaq asaraq, işinizlə bağlı və ya şəxsi inkişafa töhfə verəcək videoları izləyərək boş görünən vaxtları qiymətləndirməyinizdir.
 
Unutmayın, böyük işlərə imza atanların da 24 saatı vardı. Onların yeganə etdiyi vaxtı yaxşı istifadə etmələri və çox çalışmaları idi. Zaman rəhbərliyini bilsəniz, işlərinizin asanlıqla həll olunduğunu görəcəksiniz.
 
Bundan başqa, zaman rəhbərliyi haqqında təhsil alaraq, bu barədə daha şüurlu bir şəkildə hərəkət edə bilərsiniz.
 
Korrektə etdi: Hürü Mustafayeva

ŞƏRH YAZIN