Etməli Olduqlarınızın Siyahısını Tərtib Etməklə Həyatınıza Anlam Qatacaqsınız

0
7287
Etməli Olduqlarınızın Siyahısını Tərtib Etməklə  Həyatınıza Anlam Qatacaqsınız

Adi bir xəyal ilə Klimancaro dağlarının zirvəsinə necə çıxmaq olar?

6 il öncə Shilagh Mirgain hazırlamış olduğu “Növbəti 20 il ərzində etmək istədiklərimin siyahısı”nda yer alan bir hədəfə çatmağa qərar verdi; Klimancaro dağlarının zirvəsində durmaq. 4 il əvvəl Mirgain keşməkeşli yol üçün çəkmələrini aldı və yola çıxdı. Səyahətə çıxdıqdan tam iki il sonra uzun yolun çətinliklərini hər gün ağır yük çantası ilə çəkməyə başladı və artıq onun bir günlük gəzintisi 9 günlük normal gəzintiyə tən tutulurdu. O, keçən ilin yayı səyahətinə başlayıb fevral ayında zirvədə oldu.
 
Elmlər doktoru, Vinkonsin Universiteti, Madison, Tibb fakültəsi və İctimai sağlamlıq sferasında sağlamlıq üzrə psixoloq olan Mirgain öz siyahısını yazmasaydı, dünyanın ən məşhur dağlarının zirvəsində olan azadlığı heç vaxt dərk etməyəcəkdi.
Mirgain deyir: “Ölmədən öncə edəcəklərinizin siyahısı sizin daxili müdrikliyinizi dinləmək üçün bir vasitədir”. “Ard-arda gələn günləri ötürmək, kiçik işlər görmək, işə getmək, işdən evə qayıtmaq, ev işləri ilə məşğul olmaq və buna bənzər bir çox şeyi etmək çox asandır – bununla siz mənəvi “kompas”ınızın cəhətlərini itirə bilərsiniz”.
 
“Siyahı tərtib etmə”nin daha anlamlı bir həyat yaradığı ideyası şəxsi təcrübələrlə təsdiqini tapmaqla yanaşı, habelə araşdırmalar da bunu dəstəkləyir. Araşdırmalara əsasən, öz məqsədlərini yazanlar yazmayanlara nisbətən çox böyük fərqlə istəklərinə nail olurlar. Digər pozitiv psixoloji araşdırmalar özümüzdən daha böyük hədəflərə çatmağımızı gerçək yaşam üçün önəmli olduğunu göstərir. (Bacı və ya qardaşla oynanılan marafon yarışının yarıda tərk edilməsi kimi).
 
Klimancaro dağlarını öz siyahısına daxil edən Mirgain daha sonra əvvəldən görüşmüş olduğu qadın komandasının dağa qalxdığını öyrəndi və onlar tərəfindən göndərilən kartpostal əldə etdi – bu hadisə nəticəsində Klimancaro arzusu daha da ön plana keçdi, çünki artıq bu yer əlçatan bir zirvə olaraq görünməyə başladı.
 
O deyir: “ Mən öhdəlik siyahıma daxil olan məqsədlərlə bağlı şəkilləri  soyuducumda saxlayıram, əksər hədəflərim isə səyahətlə bağlı olur. Məqsədimə nail olduqdan sonra şəkli oradan çıxarıb getdiyim məkanda çəkdirdiyim xatirə şəklim ilə bərabər başqa bir lövhə üzərinə  yerləşdirirəm.”
 
Masanızın üzərindəki, telefonunuzdakı və ya xüsusi kombinə olunmuş bu tipli təşviq panoları öz siyahınızı yazmaq üçün əvəzsiz yerlərdir.
 
Mirgain siyahını tərtib edərkən iki sualı özünüzə soruşmağı tövsiyə edir:
•Bu il həyatımın son ili olsaydı, nələri sınamaq və ya nəyə nail olmaq istərdim?
•Mənim sonsuz zamanım, vəsaitim və dəstəyim olsaydı nə edərdim?
Sualların cavabını tapdıqdan sonra unutmayın ki, bəzi hədəflər təhsil, pul yığımı və ya müəyyən bir mövqeyə gəlib çatmağı tələb edir və belə olduğu halda siz praktiki addımlar atmalı olacaqsınız. 
Mirgainin bu müddət ərzində böyük həvəsi onun effektivliyinə gətirib-çıxardı.
“Siyahını tamamlamaq möhtəşəm bir hissdir. Təcrübə etmək və nail olmaq istədiyiniz bir şey uğrunda çalışmaq, sarsılmaz bir inam yaradır və dünyaya baxış bucağınızı dəyişdirir”.
Bizim isə deyə biləcəyimiz yeganə bir şey qalır: Siyahımızı yazmağa başlayaq...
 
 
Tərcümə etdi : Xədicə Mehdizadə
 
 

ŞƏRH YAZIN